Tərtər rayonunun Bayandur kəndində modul tipli yeni məktəb binası istifadəyə verilib
Tarix: 29-12-2017, 05:51 | Çap et
Tərtər rayonunun Bayandur kəndində modul tipli yeni məktəb binası istifadəyə verilib
Yeni il ərəfəsində Tərtər rayonunun Bayandur kəndində 40 şagird yerlik modul tipli yeni məktəb binası istifadəyə verilib.

Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin, Təhsil Nazirliyinin nümayəndələri, məktəbin müəllim və şagirdləri, valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov müəllim, şagird və valideynləri məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıblar.

Məlumat verilib ki, 2017-ci ildə respublikanın 40 rayonunda təqribən beş min şagirdi əhatə edən modul tipli 100 məktəb binası inşa olunub. Modul tipli məktəb binalar azməsrəfli olmaqla yanaşı, qısa müddətdə istənilən relyefdə quraşdırılır, asan daşınır, sinif otaqlarının sayı şagirdlərin sayına uyğun rahatlıqla azaldılıb-artırılır. Modul tipli məktəb binalarının tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilir.

Sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. Qırx şagird yerlik ibtidai məktəb 5 sinif otağı, 1 müəllimlər otağı və sanitar qovşaqdan ibarətdir.
Vertikal.Az

Tərtər rayonunun Bayandur kəndində modul tipli yeni məktəb binası istifadəyə verilib
Tərtər rayonunun Bayandur kəndində modul tipli yeni məktəb binası istifadəyə verilib
Tərtər rayonunun Bayandur kəndində modul tipli yeni məktəb binası istifadəyə verilib
Tərtər rayonunun Bayandur kəndində modul tipli yeni məktəb binası istifadəyə verilib





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net