Müəllimlər günü qeyd olundu
Tarix: 6-10-2017, 07:50 | Çap et
Müəllimlər günü qeyd olundu
5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibəti ilə rayonun təhsil işçilərinin bayram toplantısı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsini yad etmiş, abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etmişdir.

Toplantını giriş sözü ilə tayon Təhsil şöbəsinin müdiri Surxay Mirzəyev açmış, Respublika Prezidentinin milli təhsilə göstərdiyi diqqət və qayğıdan danışaraq rayonun təhsil sahəsində qazandıqları uğurlardan söhbət açmışdır.

Güləbatlı kənd tam orta məktəbinin direktoru Asif Alıkişiyev, 2 saylı məktəb-liseyin direktor müavini Məlahət Nuriyeva, Soyulan kənd tam orta məktəbin riyaziyyat müəllimi, “Əməkdar müəllim” Afaq Xəlilova, 5 saylı tam orta məktəbin direktor müavini İlham Məmmədov, 1 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Fazilə Kərimova çıxış edərək bayram sevinclərini bölüşmüşlər.

Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov müəllimləri peşə bayramları münasibəti ilə təbrik edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, rayonun təhsil işçilərinin əldə etdiyi nailiyyətlərdən danışmış, bildirmişdi ki, təhsil işçilərinin bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd etməyə haqları var. Bu il rayonumuzdan 265 nəfər ali, 65 nəfər orta-ixtisas məktəblərinə, 6 nəfər C.Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. 10 nəfər 600-dən, 19 nəfər isə 500-dən yuxarı bal toplamışdır.

Rayonumuzda sayılıb-seçilən, adlı-sanlı müəllimlərimiz də çoxdur. Onlardan 5 nəfər “Əməkdar müəllim” adına, 5 nəfər “Tərəqqi” medalına, 4 nəfər “Qabaqcıl maarif xadimi” döş nişanına layiq görülüb. Bayram günündə isə şəhər 2 saylı məktəb-liseyin müəllimi Mehriban Abbasova “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Sonda rayon rəhbəri bir daha müəllimləri peşə bayramları münasibəti ilə təbrik etmiş, onlara gənc nəslin təlim-tərbiyəsində yüksək nailiyyətlər əldə etməyi arzulamışdır.

Sonra rayon rəhbəri bir qrup müəllimə rayon icra hakimiyyəti, YAP rayon təşkilatı və təhsil şöbəsi tərəfindən Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim etmişdir.
Vertikal.Az
Müəllimlər günü qeyd olundu
Müəllimlər günü qeyd olundu
Müəllimlər günü qeyd olundu
Müəllimlər günü qeyd olundu





Xəbərlər
 
 
 
 
07-03-2024 12:06
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net