Növbəti səyyar qəbulda Sarıcalı kənd sakinlərinin müraciətləri dinlənildi
Tarix: 30-09-2017, 09:26 | Çap et
Növbəti səyyar qəbulda Sarıcalı kənd sakinlərinin müraciətləri dinlənildi
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır. Rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə lazımi tədbirlər görülür.

Bu dəfə rayon icra hakimiyyəti başçısının səyyar qəbul-görüşü rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və KİV nümayəndələrinin iştirakı ilə Sarıcalı kəndində keçirildi.

Kənd sakinlərindən Səttar Muradov, Aydın Teymurov, Mayıl Məhərrəmov rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərinə, kəndin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunmasından razılıq hissi ilə danışdılar.

Qeyd olundu ki, Sarıcalı və Zolgörən kəndlərini birləşdirən Tərtər çayının üzərindən 105 metir uzunluğunda yeni körpü salınmışdır. Respublika Prezidentinin Sərəncamı ilə kənddə iki yeni subarrtezian quyusu istifadəyə verilmişdir ki, bu da əkin sahələrinin suvarılmasında, eləcə də pambıq sahələrinin becərilməsində olan çətinliyi aradan qaldırmış, bu il bol məhsul əldə olunmuşdur. Hazırda pambıq toplanışı davam edir. Kənd sakinləri göstərilən diqqət və qayğıya, Sarıcalı-Zolgörən körpüsünün açılışında iştirakına görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

Kəklik Əliyeva, Rabil Ağayev bir ədəd subartezian quyusunun qazılmasına, Zolgörən kənd körpələr evi-uşaq bağçasının təmirinə, Aynur Babayeva isə tibb məntəqəsinin təmirə ehtiyac olduğunu dilə gətirdilər.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə danışdı, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verdi.
Vertikal.Az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net