Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır
Tarix: 18-08-2017, 14:20 | Çap et
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır. Rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə lazımi tədbirlər görülür.

Vertikal.Az-ın məlumatına görə, bu dəfə rayon icra hakimiyyəti başçısının səyyar qəbul-görüşü rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və KİV nümayəndələrinin iştirakı ilə İrəvanlı kəndində keçirildi.

Kənd sakinlərindən Yığbal Həsənov, Zöhrə Səfərəliyeva, Yusif Qasımov, Rasim Həsənov, Ələsgər Nağıyev, Fəti İsmayılov, Şakir Allahverdiyev və başqaları müraciət edərək rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərinə, kəndin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunmasına görə razılıqlarını bildirdilər. Qəbulda əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söz açıldı. Kəndarası yolların təmir olunmasını, əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün əlavə subartezian quyularının qazılmasını, elektrik naqillərinin SİP kabellərlə əvəzlənməsinə ehtiyac olduğunu diqqətə çatdırdılar. Qonşu Soyulan, Hacallı və Alışarlı kəndlərinin sakinləri Əşrəf Sadıqov, Zenfira Allahverdiyeva, və Rəsul Quliyev onların da kəndlərinə qaz çəkilməsi təklifi ilə çıxış etdilər.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək rayonun sosial-iqtisadi inkişafı, infrastrukturun yaxşılaşdırılması, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verdi.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır



Alıntı
  • Merlin

  • 7 sentyabr 2017 11:25
  • Grubu: Ziyaretçi
  • ICQ:
  • Kayıt tarihi: --
  • Durumu:
  • Yorumları: 0
  • Makaleleri: 0
^
http://lookinsuranceusa.com/ - cheap auto insurance
cheap auto insurance
auto insurance quotes


Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net