Qaraağacı kəndində səyyar qəbul-görüş keçirilib
Tarix: 26-05-2017, 16:53 | Çap et
Qaraağacı kəndində səyyar qəbul-görüş keçirilib
Tərtər rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə kəndlərdə rayon icra hakimiyyəti başçısının mütəmadi olaraq səyyar qəbul-görüşləri keçirilir. Növbəti səyyar qəbul-görüş təmas xəttində yerləşən Qaraağacı kəndində keçirilmişdir.

Tədbirdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etmişlər.

Əvvəlcə Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişı ilə bağlı görülən işlər barədə məlumat vermiş, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmışdır.

Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Sakinlərdən Qurban Əliyev, Duman Əsədov, Əlövsət Əliyev, Mobil Quliyev, Sabir Qədirov və digərləri rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndlərin fasiləsiz elektrik enerjisi və qazla təmin olunmasından, sakinlərin rahat yaşaması üçün lazım olan hər bir şəraitin yaradılmasından razılıqlarını bildirmiş, pay torpaqlarının və örüş sahələrinin məcburi köçkünlər tərəfindən zəbt olunması, əkin sahələrinin suvarılması üçün yeni subartezin quyularının qazılmasına, Qaraağacı kənd tam orta məktəbinin əsaslı təmir olunması ilə bağlı müraciət etmişlər.

Qaldırılan məsələlər barədə qəbulda əlaqədar qurumlara tapşırıqlar verilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən danışmış, bildirmişdir ki, görülən işlər bundan sonra da davam etdiriləcəkdir.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirmişlər.

Qaraağacı kəndində səyyar qəbul-görüş keçirilib
Qaraağacı kəndində səyyar qəbul-görüş keçirilib
Qaraağacı kəndində səyyar qəbul-görüş keçirilib
Qaraağacı kəndində səyyar qəbul-görüş keçirilib
Qaraağacı kəndində səyyar qəbul-görüş keçirilib





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net