Tərtər rayon ictimaiyyəti və bölgədəki hərbi hissələrin nümayəndələrinin ümumrayon toplantısı keçirilib
Tarix: 18-05-2017, 10:36 | Çap et
Tərtər rayon ictimaiyyəti və bölgədəki hərbi hissələrin nümayəndələrinin ümumrayon toplantısı keçirilib
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gənclərin milli-mənəvi dəyərlər əsasında Vətənə, xalqa, dövlətə sədaqət ruhunda tərbiyə edilməsinin aktual məsələləri” mövzusunda rayon ictimaiyyəti və bölgədəki hərbi hissələrin nümayəndələrinin iştirakı ilə ümumrayon toplantısı keçirilib.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.

Tərtər Rayon Mədəniyyət Mərkəzində baş tutan toplantını Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq giriş nitqi söyləyib. Bildirib ki, Tərtər rayonunun düşmənlə 48 km məsafədə təmas xətti var. Tərtərlilər düşmənlə üz-üzə həmişə mərdliklə dayanıblar, düşmənə bir qarış da olsa torpaq verməyiblər. Ötən ilin aprel döyüşlərində ordu və xalq birliyi bir daha nümayiş olundu və qələbə qazanıldı. Bu gün də xalq orduya arxalanır, bu birliyi qoruyur. Heç bir düşmən təxribatı ordumuzun gücünü, xalqımızın inamını sarsıda bilməz.

Möhtərəm Prezidentimizin dediyi kimi “Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada-döyüş bölgəsində düşmənlə üz-üzə möhkəm dayanlblar və atılan, evlərinə dəyən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir”.

Müdafiə nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani “Gənclərin milli-mənəvi dəyərlər əsasında Vətənə, xalqa, dövlətə sədaqət ruhunda tərbiyə edilməsinin aktual məsələləri” mövzusunda geniş məruzə ilə çıxış edib.

Toplantıda çıxış edənlər tədbirin əhəmiyyətindən danışıb, gənclərin milli-mənəvi dəyərlər əsasında Vətənə, xalqa, dövlətə sədaqət ruhunda tərbiyə edilməsində, Xalq-Ordu birliyinin daim möhkəmləndirilməsində belə tədbirlərin rolunu xusisi qeyd ediblər.

İştirakçılar bu gün Azərbaycan oğullarının ata-babalarımızın qəhrəmanlıq yolunu şərəflə davam etdirdiklərini, vətənin keşiyində daim ayıq-sayıq dayandıqlarını və

ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını bəyan ediblər.

Sonda bəstəkar Azad Zahidin A.Qurbaninin sözlərinə bəstələdiyi “Qəhrəman Tətərim” mahnısı əsasında klip nümayiş olunub, aprel döyüşlərinə həsr olunmuş “Aprel zəfəri” filminin diskləri tədbir iştirakçılarına paylanıb.


Tərtər rayon ictimaiyyəti və bölgədəki hərbi hissələrin nümayəndələrinin ümumrayon toplantısı keçirilib
Tərtər rayon ictimaiyyəti və bölgədəki hərbi hissələrin nümayəndələrinin ümumrayon toplantısı keçirilib




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net