Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə ağacəkmə aksiyası keçirildi
Tarix: 6-05-2017, 08:34 | Çap et
 Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə ağacəkmə aksiyası keçirildi
Mayın 5-də Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayon icra hakimiyyətinin təşkilatçılığı ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirildi.

Tərtər-Goranboy avtomobil yolunun ətrafında, Heydər Əliyev prospekti və parkında ekoloji tarazlığın qorunması məqsədi ilə keçirilən aksiyada rayon icra hakimiyyətinin, bütün idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri fəal iştirak etdilər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun da iştirak etdiyi tədbirdə 4000-dən çox Eldar Şamı, 6000 gül kolu, 5000-dən çox müxtəlif növ dekarativ çiçəklər və digər yerli iqlimə uyğun ağac tingləri əkildi.

Vertikal.az-ın məlumatına görə, aksiya zamanı ərazidəki yaşıllıq sahələrində təmizlik işləri aparıldı, yeni əkilən ağaclar suvarıldı və onlara aqrotexniki qaydada qulluq göstərildi, əkilən ağacların inkişafı üçün, həmçinin onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görüldü.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə təşkil olunan ağacəkmə aksiyasında əsas məqsəd ulu öndərin hər zaman xüsusi önəm verdiyi yaşıllıqları daha da genişləndirmək, ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdir.

Xəbərlər
 
Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net