Tərtərdə “Heydər Əliyev aqrar sektorun inkişafının memarıdır” mövzusunda tədbir keçirib
Tarix: 3-05-2017, 16:23 | Çap et
Tərtərdə “Heydər Əliyev aqrar sektorun inkişafının memarıdır”  mövzusunda tədbir keçirib
Mayın 3-də Tərtər Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı ilə birlikdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev aqrar sektorun inkişafının memarıdır” mövzusunda tədbir keçirib.

Rayonun aidiyyəti idarə və təşkilat rəhbərlərinin, fermerlərin, sahibkarların iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Sonra YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə Azərbaycanda kənd təsərrüfatının inkişafında yeni mərhələyə qədəm qoyması üçün hazırlayıb həyata keçirdiyi milli ideologiyadan və uzun illərə yönəlmiş kənd təsərrüfatının inkişaf etdirilməsi strategiyasından danışaraq, bu gün ölkəmizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında qeyri-neft sektorunun, xüsusi ilə kənd təsərrüfatının sürətli inkişafının əldə olunması istiqamətində yeridilən siyasətdən, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün kənd təsərrüfatı sahəsində çalışan insanların üzərlərinə düşən vəzifələrdən bəhs edib.

Kənd Təsərrüfatı idarəsinin rəisi Mehman Babayev, Kənd Təsərrüfatı idarəsinin sektor müdiri Bayram Əliyev, Baytarlıq idarəsinin müdir əvəzi Elmar Xəlilov, Bölgə Təcrübə Sahəsinin baş aqronumu Firdovsi Hüseynov, Bitki Mühafizə Stansiyanın rəisi Fizuli Əzimov ümummilli lider müasir Azərbaycan Dövlətinin qurucusu Heydər Əliyevin Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi, bu sahədə çalışan insanların əməyinə düzgün və dəyərli qiymətin verilməsi, ölkədə bitkiçiliyin, heyvandarlığın, kənd təsərrüfatı məhsullarının tədarükü və emalı sahələrinin gəlirli sahəyə çevrilməsi üçün həyata keçirdiyi işlərdən danışdılar. Qeyd olundu ki, Ulu öndərin aqrar sektorun inkişaf strategiyası bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Respublikamızda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, pambıqçılıq, ipəkçilik, üzümçülük, bağçılıq sahələrinin inkişafı da diqqət mərkəzində saxlanılır. Bu sahələrin yeni təməl üzərində inkişaf etdirilməsi, eyni zamanda, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun təminatına xidmət edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net