Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyi keçirilib
Tarix: 29-04-2017, 08:12 | Çap et
Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyi keçirilib
Aprelin 27-də Tərtər rayonundakı “N” saylı hərbi hissədə yuxarı sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyununun zona birinciliyində Ağcabədi və Bərdə komandaları uğurla çıxış edərək, yarışların final mərhələsinə vəsiqə qazanıblar.

Zona yarışında Naftalan, Yevlax, Bərdə, Goranboy, Ağcabədi, Ağdam, Xocalı, Şəmkir şəhər və rayonlarını təmsil edən 8 komanda mübarizə aparıb. Əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yarışların rəsmi açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elvin Umudov, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, “N” saylı hərbi hissənin komandir müavini Anar Cavadov çıxış edərək, hər il keçirilən “Şahin” hərbi-idman oyununun yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsində, orta məktəb şagirdlərinin ordu sıralarına xidmətə hazırlanmasında əhəmiyyətini yüksək qiymətləndiriblər.

Gənc şahinlər qarşısında hərbi hissənin xüsusi təyinatlı bölüyünün nümunəvi çıxışı nümayiş etdirilib. Sonra yarışlara start verilib.

Hərbi-idman oyununda komandalar sıra hazırlığı, avtomat darağının doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açılması, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı kimi mərhələlərdə qüvvələrini sınayıblar.

Zona mərhələsinin qalibi Ağcabədi və ikinci yerin sahibi Bərdə komandaları “Şahin” hərbi-idman oyununun mayın əvvəllərində Bakıda keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyi keçirilib
Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyi keçirilib
Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyi keçirilib
Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyi keçirilib




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net