Tərtərdə məktəblilər kənd təsərrüfatı üzrə ixtisas seçiminə həvəsləndirilir
Tarix: 15-04-2017, 08:27 | Çap et
Tərtərdə məktəblilər kənd təsərrüfatı üzrə ixtisas seçiminə həvəsləndirilir
Tərtərdə Azərbaycan Dövlət Aqrar Universiteti və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə kənd təsərrüfatı sahəsində kadr hazırlığından, ixtisaslı kadrların aqrar sektorun inkişafında rolundan danışılıb.

Universitetin müəllim və tələbələrinin, rayon ictimaiyyətinin və ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyətindən bəhs edən videoçarx göstərilib.

Vertikal.az-ın məlumatına görə, tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov bildirib ki, görüşün əsas məqsədi məktəbliləri kənd təsərrüfatı üzrə ixtisas seçiminə həvəsləndirməkdir. Qeyd olunub ki, Tərtərdə kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar var. Cari təsərrüfat ilində rayonda 3 min hektarda pambıq, 1500 hektarda şəkər çuğunduru əkmək və 6 ton barama istehsal etmək qarşıda duran əsas vəzifələrdəndir. Dövlətin dəstəyi, fermerlərin işgüzarlığı sayəsində həyata keçirilən və icrası nəzərdə tutulan əhəmiyyətli layihələrin uğurla başa çatdırılması üçün ixtisaslı kadrlara böyük ehtiyac duyulur. Prezident İlham Əliyev də martın 28-də Saatlı rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində bu sahədə kadr hazırlığının vacibliyini vurğulayıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Nizami Seyidəliyev kənd təsərrüfatının kompleks inkişafında ixtisaslı kadrlara ciddi ehtiyac olduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə baytar həkimlərə, aqronomlara, habelə digər kənd təsərrüfatı mütəxəssislərinə böyük tələbat var. Aqrar Universitetdə müasir tələblərə cavab verən kadrların hazırlanması üçün bütün zəruri şərait yaradılıb. Universitetdə köklü struktur islahatları aparılıb, idarəetmə metodu yenilənib, yeni infrastruktur qurulub.

Valideynlər və şagirdlər tədbirdən razı qalıb, onun ixtisas seçiminə müsbət təsirindən danışıblar.

Xəbərlər
 
Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net