Rus alimləri xərçəngin müalicəsini tapdılar - Şok iddia
Tarix: 21-10-2016, 08:57 | Çap et
Rus alimləri xərçəngin müalicəsini tapdılar - Şok iddia
Rusiyalı alimlər B2 vitamininin köməyi ilə xərçəng xəstəliyinə qalib gəlməyin mümkün olduğunu iddia edirlər. BakıPost Rus mətbuatına istinadən xəbər verir ki, Rus təbibləri qərbli həmkarları ilə əməkdaşlıq proqramı çərçivəsində, xərçəng xəstəliyinin müalicəsinin yeni metodunu işləyib hazırldıqları barədə məlumat yayıblar.
Məlumatda deyilir ki, alimlər gözlənilməz nəticə əldə ediblər - onlar müəyyən ediblər ki, onkoloji xəstəlikləri B2 vitamininin köməyi ilə aradan qaldırmaq olar.
Məsələ ondadır ki, bu maddə orqanizmin toxumalarına təsir edir. Məlum olub ki, bu vitamin toxumalara lazımdır və alimlər də bədən hüceyrələrində onun sintezinin aktivləşdirilməsinin yollarını müəyyən ediblər. Onlar buna lazer şüalanması və nanohissəciklərin köməyi ilə nail olublar.
Təcrübə göstərib ki, belə təsir nəticəsində maddələrin istehsalı artır və bu da özlüyündə bədxassəli hüceyrələri məhv edir, şişlərin qarşısını alır.
Bu metodun təsirinin effekti alimləri heyran qoydu: bu metoddan istifadə etməklə 50 günlük proçedurdan sonra xərçəng hüceyrələrinin inkişafı azalır, şiş isə 90 faiz balacalaşır və sonra tamamilə yoxa çıxır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net