17 iyun-Tibb işçilərinin peşə bayramıdır - Tərtərdə tədbir
Tarix: 17-06-2016, 14:14 | Çap et
17 iyun-Tibb işçilərinin peşə bayramıdır - Tərtərdə tədbir
17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə rayon Gənclər Mərkəzində tədbir keçirilmişdir.

Əvvəlcə rayonun səhiyyə işçiləri Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etmişlər. Sonra tədbir Gənclər Mərkəzində davam etdirilmişdir.

Tədbiri rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini Elvin Umudov açaraq tibb işçilərini peşə bayramları münasibətilə təbrik etmiş, onlara insanların sağlamlığı keşiyində ayıq-sayıq dayanmağı, Hipokrat andlarına sadiq olmağı arzulamışdır. O, öz çıxışında qeyd etmişdir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılır.

Çıxışının sonunda E.Umudov 1-5 aprel müharibəsində tibb işçilərinə fədakarlıqlarına görə rayon icra hakimiyyəti başçısının təşəkkürünü çatdırdı.

Sonra Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Yaşar Hüseynov çıxış edərək tibb işçilərini bayramları münasibəti ilə təbrik edərək səhiyyənin keçmişi və bu günü ilə bağlı məlumat verdi. Bildirdi ki, möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən respublikamızda səhiyyə sahəsində aparılan islahatlar, bu sahəyə göstərdiyi diqqət və qayğı Azərbaycan səhiyyəsinin inkişaf səviyyəsini yüksəltmişdir.

Əhalinin sağlamlığı birbaşa respublika prezidentinin nəzarətindədir. Məhz onun tapşırığı ilə əhalinin tibbi müayinədən keçirilməsi bu diqqət və qayğının bariz nümunəsidir. Rayonumuzda fevral ayının 15-dən may ayının 15-dək 57246 nəfər tibbi müayinədən keçirilmiş, 3668 nəfər ambulator, 41 nəfər stasionar müalicəyə cəlb edilmiş, 3 nəfər isə müayinə və müalicə üçün Bakı Şəhərinə göndərilmişdir.

Sonra xəstəxananın baş həkiminin təbrikinə rayon mərkəzi xəstəxanasının şöbə müdiri, mama-ginekoloq Tamella Tağıyeva, uşaq məsləhətxanasının baş həkimi Zəhra Hüseynova, Sarov kənd həkim məntəqəsinin müdiri Zoya Muradova və rayon uşaq xəstəxanasının həkimi Ramiz Mehdiyev də qoşulmuşlar.

Tədbirdə əhalinin sağlamlığı keşiyində dayanan tibb işçilərindən bir qrupuna rayon icra hakimiyyəti başçısının Fəxri Fərman və qiymətli hədiyyələri təqdim olundu.
Vertikal.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net