Ceyhun Cəfərovun macəraları...
Tarix: 5-11-2015, 09:51 | Çap et
Ceyhun Cəfərovun macəraları...
Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun portret və kitab biznesi ilə bağlı ilginc məlumatlar daxil olub. Məlumatlı mənbənin iddiasına görə icra başçısı bütün bunları vəzifəyə qoyduğu adamlarının əli ilə görür. Tərtərdə işlədiyi vaxt sürücüsü işləmiş Vüsal adlı şəxsi köməkçi təyin edən rayon rəhbəri, bütün pullu işləri onunla həyata keçirir. Elə rayonda gəzən söz-söhbətdə də Heydər Əliyev və İlham Əliyevlə bağlı kitablar və portretlər, Vüsalın göstərişi ilə məcbur məktəblərə və məmurlara satılır.
Mənbənin dediyinə görə, Tərtərdə yığılıb qalan köhnə problemlər də Vüsalın ucbatından olub. Beləki, Ceyhun Cəfərov Tərtərdə işldiyi vaxt bir qrup sahibkarlardan külli miqdarda pul alınıb. Həmin pullarla yeni təyinat alan Cəfərov, pulları qaytarmayaraq sahibkarları get-gələ salıb. Pullarının “atıldığını” görən sahibkarlar prezidentə şikayət hazırlayır. Mənbənin məlumatına görə, yaxın günlərdə həmin sahibkarlar PA-nın qarşısına yığılıb haqlarını tələb edəcək və prezidentdən Ceyhun Cəfərovun cəzalandırılmasını istəniləcək…
Növbəti nyazılarda biləcəksiniz:
Ceyhun Cəfərov xidməti avtobobili ilə baş vermiş hadisə zamanı xəsarət alan şəxsin sonrakı taleyi…
Heydər Əliyev və İlham Əliyevin portretlərini eləcədə yazılan kitabları Kürdəmirdə məmurlara və məktəblilərə baha qiymətə satılmasının əsl səbəblər…
İcra başçısının oğlu oğlu qəza törətdi, ağır xəsarət alan adam kimlər tərəfindən və necə gizlədildi…?
Bütün işini MT üzərində görən cənab Cəfərov nədən Mahmudov və onun dəstəsini əleyhinə açıqlamalar verir…?(Azerinews.tv)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net