Gələn il büdcədən müdafiə və milli təhlükəsizlik sahəsinə 4 milyard manata yaxın vəsait ayrılması nəzərdə tutulur
Tarix: 3-09-2020, 11:41 | Çap et
Gələn il büdcədən müdafiə və milli təhlükəsizlik sahəsinə 4 milyard manata yaxın vəsait ayrılması nəzərdə tutulur

Gələn ilin Azərbaycanın dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinə ayrılması gözlənilən vəsaitin xüsusi çəkisi açıqlanıb.

APA-nın məlumatına görə, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir ki, gələn il müdafiə və milli təhlükəsizlik sahəsinə ayrılacaq vəsaitin həcmi büdcə gəlirlərinin 15,3 faizi həcmində proqnozlaşdırılır.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 327,0 mln. manat, 2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 847,5 mln. manat məbləğində proqnozlaşdırılır. Beləliklə, gələn il Müdafiə və milli təhlükəsizlik xərclərinə 3,954 milyard manatdan çox olacaq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net