Hərbi qulluqçuların pensiyası artırılacaq
Tarix: 6-08-2020, 14:09 | Çap et
Hərbi qulluqçuların pensiyası artırılacaq

Azərbaycanda hərbi qulluqçularln pensiya təminatı ilə bağlı yeni qanun layihəsi hazırlanır.

Oxu.Az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib.

O bildirib ki, ötən gün dünən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə danışıb:

“Nazir mənə dedi ki, qanun layihəsi hazırlanır. Əsas məqsəd indeksasiya tətbiq etməkdir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev layihə barədə məlumat verib.

O deyib ki, təklifə əsasən, əmək haqlarında artım olan hərbçilərin pensiyası artırılacaq.

“Digər tərəfdən isə, ümumi əsaslarla da pensiya təminatı onsuz hər il gücləndirilir”, - deyə, A.Əliyev əlavə edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net