Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək
Tarix: 7-07-2020, 06:57 | Çap et
Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

“Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 200 mənzil alıb. Xüsusi karantin dövrü bitəndən sonra həmin mənzillər də şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, ümumilikdə, mənzillə təminat prosesi il ərzində davam edəcək, ötən il 934 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilibsə, cari ildə bu say azı 1 500 olacaq.

S.Babayev bildirib ki, həmçinin, bu il artıq 100 avtomobil müharibə əlilləri və onlara bərabər tutulanlara verilib. 2020-ci ildə 400 avtomobilin həmin kateqoriyadan olan vətəndaşlara verilməsi nəzərdə tutulub.

Ümumilikdə, indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7 900-ə yaxın mənzil və fərdi ev, müharibə əlilləri və onlara bərabər tutulanlara 6 850 minik avtomobili verilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net