Bağlanmış bankların qeyri-qanuni qəbul etdiyi əmanətlər qaytarıla bilər - RƏSMİ
Tarix: 25-06-2020, 13:14 | Çap et
Bağlanmış bankların qeyri-qanuni qəbul etdiyi əmanətlər qaytarıla bilər - RƏSMİ
“Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “AtaBank” ASC, “Amrahbank” ASC, “AGBank” ASC və “NBC Bank” ASC-nin bir zamanlar qanunsuz olaraq götürdüyü əmanətlər müvəqqəti olaraq blok edilib”.

Oxu.Az-ın məlumatına görə, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev mətbuat konfransında bildirib.

O vurğulayıb ki, qeyd edilən əmanətlərlə bağlı araşdırma aparılıb:

“Biz çalışacağıq ki, onları blokdan çıxaraq. Bu, mümkün olmadığı təqdirdə, Konstitusiya Məhkəməsinə müraciət ediləcək ki, qanunsuz qəbul edilmiş əmanətlərlə bağlı məsələ vətəndaşların xeyrinə həll edilsin”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net