"Bakcell" cinayətkarlara niyə və necə şərait yaradır? - İnanılmaz TƏFƏRRÜAT + FOTOFAKT
Tarix: 24-09-2019, 07:08 | Çap et
"Bakcell" cinayətkarlara niyə və necə şərait yaradır? - İnanılmaz TƏFƏRRÜAT + FOTOFAKT
"Bakcell" mobil operatoruna məxsus olan və abunəçilər tərəfindən istifadə olunan bəzi "sim kart"lar heç bir şəxsin adına qeydiyyatda deyil.
Yeniavaz.com xəbər verir ki, vətəndaşlar "Bakcell"in satış məntəqələrinə yaxınlaşaraq "sim kart" satın alıblar və uzun müddət istifadə ediblər. Bu abunəçilərin bəziləri pul verib satın aldıqları "sim kart"ın onların adına olmadığını yalnız kartın dublikatını çıxartmaq istədikləri zaman öyrəniblər. Dublikat çıxartmaq üçün "Bakcell" in müştəri xidmətlərinə yaxınlaşan vətəndaşlara bildiriblər ki, bəs bu nömrə heç kimin adına qeydiyyatda deyil.
Maraqlıdır ki, uzun müddət heç kimin adına qeydiyyatda olmayan "sim kart"dan istifadə olunasa da, "Bakcell" bu barədə müştəriləri ya ümumiyyətlə məlumat verməyib, ya da gec məlumat verib.
"Bakcell" heç kimin adına qeydiyyatda olmayan abunəçilərə bildirir ki, "sim kart" və şəxsiyyət vəsiqəsilə müştəri xidmətlərinə yaxınlaşaraq nömrəni adınıza qeydiyyata sala bilərsiniz. Ancaq bu zaman şərt kimi, abunəçidən son 3 ayda həmin nömrədən ən azı 10 fəqrli nömrəyə zəng vurduğunu təsdiqləmək tələb olunur.

Əgər vətəndaş pul verib aldığı və ondan asılı olmayan səbəblərdən adına qeydiyyata alınmayan "sim kart"dan heç kimə zəng etməyibsə, o zaman həmin "sim kart"ı adına qeydiyyata sala bilməyəcək. Yaxud hər hansı bir səbəbdən "sim kart" itibsə, oğurlanıbsa ya da zədələnibsə yenə də vətəndaş pul verib aldığı həmin "sim kart"ı öz adına qeydiyyata aldıra bilməyəcək.
Məlum məsələdir ki, satdığı "sim kart"ı abunəçinin adına qeydiyyata almalı olduğu halda almayıbsa "Bakcell" şirkəti məsuliyyətsizliyə yol verib. Lakin bu məsuliyyətsizliyin cavabını niyə abunəçi verməlidir?
Heç bir abunəçinin adına qeydiyyatda olmayan nömrə uzun müddət necə istifadə oluna bilir?
Vətəndaşın pul verərək aldığı, daha sonra ondan asılı olmayan səbəblərdən itirdiyi (oğurlandığı) "sim kart" geri ala bilmirsə, o zaman ona dəymiş maddi və mənəvi ziyanı kim ödəməlidir?
Cəmiyyət üçün ən ciddi problem isə qeydiyyatsız nömrələrdən istifadə olunaraq baş verə biləcək qanun pozuntularında kim məsuliyyət daşıyacaq?
Məlum məsələdir ki, qeydiyyatsız nömrələr daha çox cinayətkarlarən işinə yarayır. Əgər belə nömrələrdən kimsə zəng edib başqasını təhdid və təhqir edərsə həmin şəxsin kimliyi necə müəyyən ediləcək? Yaxud qeydiyyatsız "sim kart"dan istifadə olunaraq hər hansı bir cinayət törədilibsə bu zaman günahkar necə tapılacaq?
Təsadüfi deyil ki, heç kimin adına qeydiyyatda olmayan "sim kart"lar müxtəlif elan saytlarında olduqca yüksək qiymətə satılır.

Belə nömrələr niyə yüksək qiymətə satılır? Kimlər qeydiyyatsız nömrələri almaqda maraqlı ola bilər?
Bütün bu sulların cavabını kim verməlidir və necə verə bilər?
"Bakcell"in müştəri xidmətlərinin əməkdaşı bildirir ki, əgər "sim kart" itirilibsə biz onun dublikatını heç bir halda verə bilmərik. Hətta "sim kart" itməyibsə belə həmin nömrədən ən azı 10 fərqli nömrəyə zəng edilməyibsə yenə də onun dublikatını verə bilmərik.
Məsələ ilə bağlı "Bakcell" şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiya departamentinin rəhbəri Süheyla Cəfərova və bu departamentin Aygün adlı əməkdaşı ilə əlaqə saxladıq. "Bakcell"dən bizə bildirdilər ki, onlar yalnız yazılı şəkildə ünvanlanan suallara cavab verirlər.
11 sentyabr 2019-cu il tarixində bizə verilən "[email protected]" e-mail ünvanına göndərdiyimiz suallara isə bügünə kimi cavab verilməyib?
Məlumat üçün qeyd edək ki, "Bakcell" şirkəti həm də "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunun 24-cü, "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin tələblərini də açıq şəkildə pozaraq informasiya sorğumuza vaxtında (24 saat, bəzi hallarda isə 7 iş günü) cavab vermədi.
"Bakcell" şirkəti informasiya sorğumuza vaxtında cavab vermədiyi üçün yuxarıda qeyd olunan sulları yenidən bu yazı vasitəsilə onlara ünvanlayırıq.
Ümid edirik ki, "Bakcell" şirkətinin bu sullara qanunauyğun və məntiqli cavabı olacaq.

"Bakcell" cinayətkarlara niyə və necə şərait yaradır? - İnanılmaz TƏFƏRRÜAT + FOTOFAKT
"Bakcell" cinayətkarlara niyə və necə şərait yaradır? - İnanılmaz TƏFƏRRÜAT + FOTOFAKT






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net