Aprel şəhidinin həyat yoldaşından icra başçısının qadın müavininə İTTİHAM...
Tarix: 5-09-2019, 05:58 | Çap et
Aprel şəhidinin həyat yoldaşından icra başçısının qadın müavininə İTTİHAM...
Aprel döyüşlərində şəhid olan gizir Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva saytımıza Mingəçevir rayon İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Heyran Şikarovanın onunla və anasıyla kobud rəftarından şikayət edib. Şəhid yoldaşı bildirib ki, H.Şikarova qəbula gələn adamların adlarını qəsdən siyahıdan silir.

V.Tağıyeva olanları Moderator.az-a belə danışıb:

“Anamgilin ailəsi neçə illərdir ki, yataqxanada yaşayır. Anam Əsədova Sədaqət Toxuculuq Kombinatında işlədiyi üçün ev növbəsinə yazılmışdı. Biz onda dörd uşaqdıq. Müharibə olandan sonra həmin evləri şəhid ailələrinə və məcburi köçkünlərə verdilər. Həmin hadisədən illər keçsə də anam susurdu. İndi anam hələ də bacım və nəvəsiylə yataqxananın bir otağında yaşayır. Artıq oğlan uşağının 14 yaşı var və hətta çimməyə yerləri yoxdur. Üç nəfər bir otaqda çox çətinlik çəkirlər.

Anam ötən dəfə Bakıdan Mingəçevirə gələn komissiya üzvlərinə evsizliyi ilə bağlı müraciət edib və bildiriblər ki, qadına daha bir otaq da əlavə verilsin ki, heç olmazsa ev alana kimi orda yaşasın. Aradan xeyli vaxt keçsə də deyilənləri heç kim yerinə yetirmədi. Anam bu dəfə qəbula yazılaraq Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun qəbulunda olaraq problemini ona demək istəyirdi. Lakin başçının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Heyran Şikarova anamın adını siyahıdan sildirib ki, qəbula gəlməsin.

Bu gün anamla birlikdə icra hakimiyyətinə gedib Heyran xanıma dedim ki, niyə anamın icra başçısının qəbulunda olmasını istəmirsiniz? Heyran xanım deyir ki, get, hara şikayət edirsən, et. Məni qəbula qoymadılar, amma anam icra başçısının qəbulunda olub problemini deyib. Lakin icra başçısı İ.İsmayılov anamla kobud danışıb. Burda heç kimi saymırlar. Heyran xanım qəbula gəlmək istəyən sakinlərin adlarını siyahıdan çıxarır. Bu özbaşınalığa nə vaxtsa son qoyulacaqmı?! Bu qadın şəhid yoldaşıma bulaq tikdirən zaman da başıma oyun açmışdı”.

Məsələylə bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.





Xəbərlər
07-03-2024 12:06
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net