BDYPİ -də dəyişiklik - Müşviq Rəhimov, general Ramiz Zeynalovun yerinə GƏTİRİLİR
Tarix: 17-10-2018, 10:28 | Çap et
BDYPİ -də dəyişiklik - Müşviq Rəhimov, general Ramiz Zeynalovun yerinə GƏTİRİLİR
Müşviq Rəhimov Baş Dövlət Yol Polisi İdarəsininin rəhbəri vəzifəsinə gətirilir. Bu barədə paytaxt.org-a mötəbər mənbələrdən biri məlumat verib.

İddia edilir ki, BDYPİ rəisi polis general – mayoru Ramiz Zeynalovun səhətində yaranmış problemlər və yaş həddinin keçməsi ilə əlaqədar yaxın günlərdə vəzifəsi ilə vidalaşması, qurumdakı gücləri hərəkətə keçirib. Beləki, bu güclər içində alternativsiz namizəd, hər zaman generala gizli mübarizə aparan, qurumda şəffavlığın təmin edilməsinin hər zaman tərəfdarı olan Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsinin rəisi Müşfiq Rəhimovdur. İddiaya görə, polkovnik Müşfiq Rəhimov artıq yuxarılardan da "hə" cavabı alması yaxın günlərdə generalın yerinə gətirilməsi deməkdir.

Mənbəmiz onuda bildirir ki, əslində pensiya yaşı çatmış Ramiz Zeynalov illər öncə vəzifədən uzaqlaşdırımalı yerinə M. Rəhimov gətirilməli idi. Ancaq məlum "MTN" hadisələrində Rəhimovun yuxarıdakı dayaqlarının çökməsi, prosesin baş tutmamasına səbəb olmuşdu...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net