“Bakcel”dən dələduz əməl
Tarix: 11-09-2018, 08:03 | Çap et
“Bakcel”dən dələduz əməl
“Bakcell” şirkəti 1994-cü ildə təsis edilib və Azərbaycanda mobil rabitə xidmətləri göstərən ilk şirkətdir. Abunəçilərinə müasir rabitə xidmətləri təqdim etmək üçün hər il öz şəbəkəsinin inkişafına düzgün sərmayə yatırımları sayəsində “Bakcell” şəbəkəsi hazırda əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan “Bakcell” şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G texnologiyası əsasında təqdim edilən xidmətləri hazırda 5400-dən çox baza stansiyasının fəaliyyətdə olması ilə ən ucqar ərazilərdə də rabitə təmin olunur. 250-yə yaxın pərakəndə satış nöqtəsi , paytaxt və bölgələrdə fəaliyyət göstərən 30 Müştəri Xidməti Mərkəzində “Bakcell” abunəçilərinə müştəri xidməti göstərilir. Hazırda “Bakcell”in aktiv abunəçilərinin sayı 3 milyondan çoxdur .

Son zamanlar cəmiyyətdə “Bakcel”lə bağlı qalmaqallı iddialara da tez-tez rast gəlinir. Nömrələrə pul köçürülməsi zamanı problemlər,müştərinin xəbəri olmadan kompaniyalara abunəlik yolu ilə vətəndaşdan pul “oğurlanması”....siyahını artırmaq olar.

Bu dəfə “Baksel”in qurbanı Kərimov Əsgər Hüseyn oğlu olub. O,iddia edir ki, 2011-ci ildən “Bakcel” abunəçisidir. Bir il öncə müəyyən səbəblərə görə xaricə getməli olub.Bir il sonra geri döndükdə nömrənin bağlandığının şahidi olub. O,deyir ki, şirkətə dəfələrlə ərizə ilə müraciət edib. Lakin hər dəfəsində nömrənin başqa abunəçi tərəfindən alındığı və nömrənin heç cür geri qaytarıla bilməyəcəklərini bildiriblər.Maraqlı nüans odur ki, bir illik fasiləyə baxmayaraq nömrə abunəçiyə nə qaytarılır,nə də başqa vətəndaşa satılır. Problemlə bağlı səlahiyyətli nümayəndələrlə dəfələrlə əlaqə saxlamaq istəsək də cəhdlərimiz boşa çıxdı. Yuxarıda qeyd etdiyimiz kimi 24 illik xidməti belə həlli asan məsələlərdən ötrü heç etmək olmaz. Müştərinin etibarını itirmək neçə neçə hegemon şirkətlərin iflasına səbəb olub. Düşünürük ki, “Bakcell “ səlahiyyatlıları bu talelərdən nəticə çıxarar və haqsızlığa son qoyarlar.

Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
11-09-2018 08:03
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net