“Ermənistan Kəlbəcərdəki qızıl yatağını birbaşa Kremlin ixtiyarına verib”- Borclarına görə...
Tarix: 24-01-2018, 05:54 | Çap et
“Ermənistan Kəlbəcərdəki qızıl yatağını birbaşa Kremlin ixtiyarına verib”- Borclarına görə...
Kəlbəcərdə yaşayan ermənilər gizli şəkildə Zod mədəninə daxil olaraq qızıl tərkibli qumu oğurlayıb satırlar...

25-ci ildir işğal altında olan Kəlbəcərin məşhur Zod qızıl mədənləri birbaşa Rusiya tərəfindən istismar edilir. Moderator.az “KarabakhTV”-yə istinadla xəbər verir ki, bu haqda son günlər qanunsuz olaraq Ermənistan ərazisindən Azərbaycan torpaqlarına daxil olan rus səyahətçi blogerlərindən biri məlumat verib. Zod aşırımındakı buraxılış məntəqəsindən keçərək qondarma “respublika” ərazisinə daxil olan bloger yazır:

“Buraxılış məntəqəsini keçib qızıl mədənlərinin yanından ötürük. Buradakı hasilat Sovet İttifaqı dövründə olduğu kimi deyil. Ancaq yenə də az-çox qızıl yuyularaq çıxarılır. Sürücü İqor deyir ki, bu qızıl yataqları və hasilatı icra edən müəssisə Kreml qurumlarına aiddir. Ermənistan mədənlər və müəssisəni borclarına görə Rusiyanın ixtiyarına vermişdir. Mədəndə mühafizə var. Ancaq qeyri-leqal, “yarasa” adlanan qızıl axtaranlar da gizli yollarla qızıl əldə edə bilirlər. Hətta elə olur ki, həmin qızılaxtaran “yarasa”lar tərkibində qızıl olan qum və süxurları boşaldıb qayıdan vaqonların içərisinə atılır, onların içində qalmış qum-süxur qalıqlarını kisələrə yığıb aparır və sonra evlərində yuyub qızılı ayırırlar. Yaxud gecə kimsəsiz qalmış şaxtalara girib oradakı qızılla zəngin süxurları çantalarına yığıb cəld aradan çıxırlar. Mühafizə çox vaxt onları təqib edir, ancaq bu da “yarasa”ları belə qazanclı işdən çəkindirə bilmir. Onlar toplaya bildikləri qızılı ucuz qiymətə yerli mafiyaya satır...”
Bu minvalla Azərbaycanın işğal altındakı Zod yatağında sadə ermənilərdən tutmuş ruslaradək hər kəs necə bacarır, qazanır... O torpağın əsl sahibi azərbaycanlılardan başqa...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
11-09-2018 08:03
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net