“Nobel Oil” şirkətinin qaranlıq izi ilə: neft maqnatının adını daşıyan şirkət kimə məxsusdur?
Tarix: 24-06-2017, 08:20 | Çap et
“Nobel Oil” şirkətinin qaranlıq izi ilə: neft maqnatının adını daşıyan şirkət kimə məxsusdur?
Son aylar dünyanın nəhəng neft və qaz şirkətlərindən olan “Nobel Oil” ətrafında qalmaqallı xəbərlər səngimək bilmir. Şirkətin vergidən yayınmasından, Rusiya ilə mübhəm əlaqələrindən tutmuş, holdinq rəhbərinin oğlunun restoranda bir qıza xəsarət yetirməsinə qədər çeşidli olaylarda adı hallanır.

Xatırladaq ki, bir neçə gün əvvəl “Nobel Oil”in rəhbəri Nəsib Həsənovun oğlu “Roma” ləqəbli və çılğın gecə həyatı sürməsi ilə seçilən Ramiz Həsənovun səhər saat 4:00 radələrində “Merci” restoranında xuliqanlıq hərəkəti edərək gənc qızı külqabı ilə vurması barədə xəbər yayılmışdı. Xoşbəxtlikdən insident ölümlə nəticələnməmişdi. Həmin xəbər cəmiyyətdə geniş rezonans doğursa da, nə hüquq-mühafizə orqanları, nə də “Nobel Oil” şirkətinin rəhbəri Nəsib Həsənovun ailəsindən bu barədə heç bir açıqlama gəlmədi. Qafqaz Xəbər Agentliyinin yaydığı son məlumata görə zərərçəkən xanım Ramiz Həsənovla bağlı verdiyi şikayəti geri götürüb.

Qeyd edək ki, Bakıda ofisi olan, Avropada böyük layihələrə sərmayə yatıran, Britaniyada qeydiyyatdan keçsə də, Azərbaycan şirkəti olan və Azərbaycan neftinin satışında önəmli rol oynayan müəmmalı “Nobel Oil” şirkəti ilə bağlı Azərbaycan və dünya mətbuatında tez-tez ziddiyyətli məqalələr dərc olunur. Bir neçə gün əvvəl məlumatlı mənbədən mətbuata sızan informasiyada deyilirdi ki, “Nobel Oil” şirkətinin İsraildə apardığı kəşfiyyat işlərində ABŞ-ın Dövlət Katibi, “ExxonMobil” transmilli şirkətinin sabiq baş direktoru Reks Tillerson da pay sahibidir. Onu da bildirək ki, “Nobel Oil” şirkəti Azərbaycan şirkəti olsa da və bir Azərbaycan vətəndaşı tərəfindən idarə olunsa da, adı bir çox qaranlıq beynəlxalq layihələrdə hallanır.

Əslində, mediaya hansısa sirli qüvvə tərəfindən ötürülən bu yazılarda həqiqət kifayət qədərdir və yayılan bu doğru məlumatların biri də indiyə qədər “Nobel Oil”in rəhbərliyi tərəfindən təkzib edilməyib. Şirkət rəhbərliyi guya belə “dezinformasiya”lara diqqət yetirmədiyini göstərsə də, əslində, səbəb şirkət rəhbərliyinin həmin xəbərlərdə qoyulan suallara cavab verə bilməməsidir. Çünki yazılanlar əslində, həqiqəti əks etdirir. “Nobel Oil”-lə bağlı ilk sensasion xəbər “Azadlıq” radiosu tərəfindən tirajlandı və yerli medianın diqqətini çəkdi. “Azadlıq” radiosuna isə bu məlumatların “Nobel Oil”in beynəlxalq rəqibləri, o cümlədən “Shell” şirkəti tərəfindən ötürülmüşdü. Bunu “Nobel Oil”in rəhbərliyi bilsə də, səsini çıxartmadı. Lakin burda maraq doğuran məsələ də odur ki, “Shell” şirkəti kimi böyük bir şirkətin rəqibinə çevrilməsidir. Hətta rəqabət o səviyyədədir ki, “Shell” şirkəti öz rəqibi ilə bağlı kompramat məlumatları mətbuata ötürüb.

O da bəllidir ki, “Nobel Oil” şirkəti hər zaman qeyri-şəfaf və qaranlıq işləri ilə diqqət mərkəzində olub. “Nobel Oil” şirkətinin daxil olduğu CRA qrupda da eyni vəziyyət hökm sürür.

Yenicag.az



Xəbərlər
 
 
 
 
 
 
 
 
 
06-10-2017 07:50
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : [email protected]
Designed by Daraaz.net