Mikayıl Müşfiqin heykəlinin sökülməsi ilə bağlı ŞOK İDDİA
Tarix: 1-03-2017, 14:08 | Çap et
Mikayıl Müşfiqin heykəlinin sökülməsi ilə bağlı ŞOK İDDİA
Represiya qurbanı olmuş şair Mikayıl Müşfiqin Bakıdakı heykəlinin qanunsuz olaraq götürülməsi və hansısa anbarda saxlanılması ciddi rezonans doğurub. Bir neçə gündü mətbuat və ictimaiyyət, ölkənin tanınmış elm və mədəniyyət adamları, həmçinin dövlət rəsmiləri "Azəravtoyol" ASC-nin bu məsuliyyətsiz addımına, Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətinə qarşı edilən ədalətsizliyə etiraz edir.

"Qaynar" xəbər verir ki, problem hətta prezident İlham Əliyev səviyyəsinə qalxıb. Dövlət başçısı Mikayıl Müşfiqin abidəsinin sökülməsindən ciddi narahat olub. Bu barədə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov məlumat verib.

Əli Həsənov bildirib ki, dövlət başçısı məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq verib.

Deyəsən prezidentin bu tapşırığından sonra qorxuya düşən "Azəravtoyol" ASC indi məsuliyyətdən yaxasını qurtarmağa çalışır və əslində Mikayıl Müşfiqə qarşı hörmətsizlik edilmədiyi, hətta onun hörmətsiz yerə qoyulan heykəlinin məhz bu səbəbdən götürülməsi ilə bağlı rəy formalaşdırmağa çalışır. O da bildirilir ki, guya dövlət proqramına uyğun olaraq həmin ərazi genişləndiriləcək və orada 5000 kv.m-lik park və yaşıllıq zonası salınacaq, indi anbarda toz-torpaq içində saxlanılan heykəl isə bu gözəl parkın bəzəyinə çevriləcək.

Siz dediz, biz də inandıq. Bu açıqlama etirazlar başlamadan, mətbuatın və ictimaiyyətin qınaq obyektinə çevrilmədən niyə verilmirdi?

Bu arada hekyəlin götürülməsi ilə bağlı yeni xəbərlər yayılıb. Adının çəkilməsini istəməyən mənbənin "Qaynar"a verdiyi məlumata görə, Mikayıl Müşfiqin heykəlinin götrülməsində ölkənin ən böyük şirkətlərindən biri olan "Gilan Holdinq"in də vasitəçiliyi olub. Məlumatda bildirilir ki, "Azəravtoyol"a heykəlin götrülməsi təklifi məhz bu şirkətdən gəlib.

"Gilan Holdinq"in bu addımı hansı səbəbdən atdığını bilmirik. Məlumat üçün bildirək ki, holdinqin baş ofisinin binası həmin ərazidə/. daha doğrusu üzbəüz yerləşir. Görünür şirkət rəhbərliyi pəncərələrinin önündə özləri üçün seyrangah yaratmaq eşqinə düşübər. Amma bu işdə heykəl onlara mane olub. Elə Mikayıl Müşfiqə qarşı aqressiyaları da burdan qaynaqlanır.

Bu versiyanın nə qədər doğru olduğunu da bilmirik. Amma bir şeyi dəqiq bilirik ki, Cavid Qurbanovun adamı kimi tanınan Saleh Məmmədovun başçılıq etdiyi dövlət qurumu Mikayıl Müşfiqə, Azərbaycan ədəbiyyatına qarşı böyük hörmətsizlik edib. Prezident İlham Əliyevin də dediyi kimi, buna görə layiqli cəzalarını almalıdırlar...



Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
06-10-2017 07:50
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net