Sabirabad təhsilində ilginc oyunlar...
Tarix: 20-10-2016, 08:25 | Çap et
Sabirabad təhsilində ilginc oyunlar...
Cari ilin başa çatmasına az zaman qaldığı üçün ayrı-ayrı müəssisələr müxtəlif dövlət qurumları tərəfindən yoxlanılır. Əsasən büdcədən maliyyələşən dövlət müəssisələri artıq bir neçə aydır ki, Maliyyə nazirliyi tərəfindən gəlirlər və xərclər adı altında təftiş edilir. Etibarlı mənbədən Conflict.az-a daxil olan məlumata görə Maliyyə nazirliyinin müfəttişləri bu günlərdə Təhsil nazirliyinin Sabirabad Regional Təhsil idarəsində də yoxlamalar aparmış və xeyli nöqsanlar, o cümlədən on min manatlarla yeyinti faktı aşkarlamışlar. Özəl mənbədən aldığımız məlumatda bildirilir ki, Maliyyə nazirliyinin Mais adlı əməkdaşının aşkarladığı nöqsanların sadalanmasından sonra Sabirabad regional Təhsil idarəsinin baş mühasibi Habil Məhərrəmov gözlənilmədən ağlayaraq, dövlət maliyyəsinin mənimsənilməsində hər hansı rolunun olmadığını söyləyib.

Hadisə yerində olan şahidlərdən birindən aldığımız məlumata görə Maliyyə nazirliyinin Mais adlı müfəttişi də, Sabirabad Regional Təhsil İdarəsinin baş mühasibinin hönkürərək ağlamasından xeyli təsirlənib. Mənbənin Conflict.az-a bildirdiyinə görə yoxlamaların nəticəsində nöqsan şəkilində aşkarlanan vəsaitin miqdarı təxminən 72 min manatdır. Xatırladaq ki, Habil Məhərrəmov Sabirabad Regional Təhsil İdarəsinə mühasib təyinatından öncə, İmişli Təhsil idarəsinin baş mühasibi vəzifəsində çalışıb. İmişlidə və paytaxtda bir neçə evləri, ticarət obyektləri, xarici markalı maşınları olan Habil Məhərrəmovun, eyni zamanda yaxın qohumları vasitəsilə dərman biznesi ilə məşğul olduğu da söylənilir. Məlumatı verən mənbə Habil Məhərrəmovun qardaşı Zaman Məhərrəmovun Bakıda, hal hazırda həbsdə olan Beynəlxalq Bankın sabiq sədri Cahangır Hacıyevin rəhbərlik etdiyi bankda çalışdığını da bildirdi.

Lakin məsələnin ən maraqlı tərəfi sənədlərlə təsdiq edilmiş dövlət vəsaitinin yeyintisi faktına Maliyyə nazirliyinin yeni yanaşma metodudur. Bir neçə on min manat yeyinti faktı aşkarlayan nazirlyin müfəttişinin mühasibin hökürərək ağlamasından sonra ortada olmayan vəsitin qaytarılması ilə bağlı hər hansı tədbir görməyən müfəttişin əməli, məlum nazirlik tərəfindən yoxlamaya məruz qalan digər təşkilatlar üçün də görəsən keçərlidirmi?

Fakt özlüyündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsinin tələblərinə cavab verir. Lakin...
Maliyyə nazirliyinin əməkdaşı bilavasitə icazəsi olmadan və ya həmin vəsaitin çıxarılması üçün müvafiq sənədlərə qol çəkmədən mənimsəmə faktının mümkünsüzlüyünü görəsən bilmirmi? Əgər bilirsə..?
Digər tərəfdən Sabirabad Təhsil idarəsinin mühasibi ağlayaraq maliyyə yeyintisində hər hansı iştirakının olmadığını söyləyir. Elə isə həmin vəsaiti bəs kim mənimsəyib? Və ya Habil Məhərrəmov Maliyyə nazirliyinin müfətişinin qarşısında ağlayaraq nəyi etiraf etmək istəyib?
Mövzuya qayıdacağıq.

Redaksiyadan: Yazıda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net