Gəncə Dövlət Universitetinin prorektoru döyülüb?
Tarix: 14-06-2016, 09:42 | Çap et
Gəncə Dövlət Universitetinin prorektoru döyülüb?
Adı çəkilən təhsil ocağının bir qrup müəllimi adından redaksiyamıza təqdim edilmiş və təhsil naziri Mikayıl Cabbarova ünvanlı müraciətdə prorektor Fəxrəddin Həsən oğlu Məmmədovun başına qalmaqallı hadisə gəldiyi vurğulanır…

«Hörmətli cənab nazir! Hörmətli «Təzadlar»! Bir müddət əvvəl Gəncə Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, dosent Məmmədov Fəxrəddin Həsən oğlu ilə bağlı qalmaqallı bir hadisə baş vermişdir. Belə ki, GDU-nun prorektoru F.Məmmədovla kafedralardan birinin müəlliməsi (kafedranın və müəllimin adı tərəfimizdən mətndən çıxarıldı.Red.) arasında bir qalmaqal yarandı… Sonra müəllimin atası (ad mətndən çıxarıldı.Red.) GDU-ya gəldi və F.Məmmədovla aralarındakı müzakirə və mübahisə sonda davaya çevrildi. Valideyn prorektoru əməllicə çırpdı… Bu qalmaqal telefonla çəkilib, lazım gələrsə təqdim edə bilərik… Bundan əlavə, valideyn prorektorun hərəkətindən əvvəlcə rektora şikayət etdi, sonra prokurora şikayət etdi, lakin rektor bunun qarşısını aldı, sadəcə, dedilər ki, əgər məsələ şişsə, onda müəllim də işdən çıxarılacaq və sair… Vaxtilə Ulu Öndər Heydər Əliyevin əleyhinə olmuş, indi də Prezident İlham Əliyevin əleyhinə danışan bir prorektor Gəncə kimi bir şəhərin gözü olan təhsil ocağında necə çalışa bilər???».
Qeyd etdiyimiz kimi, təhsil naziri Mikayıl Cabbarova ünvanlı geniş müraciətdə olduqca ciddi faktlar göstərilir, F.Məmmədovun fəaliyyət sferasına, şəxsi davranışına və gündəlik həyatına dair məlumatlar sadalanır. Onun da mövqeyini öyrənməyə çalışırıq… Təəssüflər olsun ki, F.Məmmədovun iş telefonu cavab vermir. GDU-nun mətbuat xidmətinə edilən zənglər də hələki cavabsız qalmaqdadır. Araşdırmamız və dəqiqləşdirməmiz davam edir…





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net