QARAŞOVUN PREZİDENTƏ YALANI – RƏQƏMLƏR
Tarix: 13-05-2016, 09:20 | Çap et
QARAŞOVUN PREZİDENTƏ YALANI – RƏQƏMLƏR
Lənkəranda kanalizasiya sisteminin qurulmasına ayrılan vəsait mənimsənilib. Mustaqil.az-ın araşdırması zamanı məlum olub ki, rayon icra başçısı Taleh Qaraşov bu layihənin icrasına ayrılan büdcə pullarının taleyini həll edib.

Hələ bir neçə il bundan qabaq dövlət büdcəsindən vəsait ayrılsa da şəhər üçün lazımlı olan bir sistem hələ də öz həllini tapmayıb. Halbuki, rayon rəhbərliyi bir vaxtlar şəhər sakinlərinin bərbad kanalizasiya sistemindən şikayətçi olduqlarını, mərkəzi küçələrdə səngər kimi qazılan, əsl müharibə şəhərlərinə bənzəyən istehkamların tezliklə aradan qaldırılacağını dilə gətirirdi, rahatsız olmağa əsas yoxdur, yeni su və kanalizasiya sistemi 2014-də hazır olacaq, deyirdi. Bəs nə oldu?

Müstəqil.Az-a müraciət edən şəhər sakinləri qeyd edirlər ki, yağmurlu region olduğuna görə burada yağışdan sonra Lənkəran su altında qalır. Çirkab sular və tullantılar şəhərin küçələrinə tökülür. Əhalini yağış sularının axması üçün çoxdan qazılmış açıq xəndəklər xilas edir.

Lənkəran şəhər İcra Hakimiyyətinə su təchizatı və kanalizasiya sisteminin qurulması istiqamətində 2011-ci ilin avqustunda 210 milyon manatlıq layihə təqdim olunub. Bu işin 2014-cü ildə yekunlaşması nəzərdə tutulub. Amma heç bir iş görülməyib. Lahiyəyə görə yollar qazılıb tökülsə də layihənin icrasına başlanılsa da işlər yarımçıq qalıb.

Bu işin çətin proses olduğunu görən Lənkəran RİH-nin başçısı Taleh Qaraşov göstəriş verib ki, şəhərin küçələrində kanalizasiya üçün qazılan xəndəklər torpaqlansın. Nəticədə bu layihə icra olunmayıb, prezidentin ayırdığı vəsait mənimsənilib, yollar bərbad günə düşüb. Bu cür analoqsuz məntiq yalnız Azərbaycan məmurunun ağlına gələ bilər. "Parni iz Baku”dakı səhnəciklərin birində deyildiyi kimi, əvvəlcə binanın fasadını boyayır, sonra sökürlər. Lənkəranda isə yolları qazıblar, yorulublar, qazıntının və konalizasiya sisteminin başa çatdırılmasının çətin iş olduğunu görüb yenidən torpaqlayıblar, unudublar ki, yenidən yaış yağıb küçələri sel-su ağuşuna ala bilər. Pullar isə hara gedib, bilən yoxdur. Prezidentin tapşırığı icra edilməyib. Qeyd edək ki, Masallı bu layihəni həyata keçirilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net