Heydər Əliyev Liseyinin direktoru şagirdlərinə yiyə dura bilmir?(VİDEO)
Tarix: 27-01-2016, 10:08 | Çap et
Heydər Əliyev Liseyinin direktoru şagirdlərinə yiyə dura bilmir?(VİDEO)
Bir neçə gün əvvəl Xətai rayonu Süleyman Vəzirov küçəsi 11 ünvanında yerləşən binanın sakinləri ərazinin sahə inspektoru Valeh Səfərli barədə, eləcə də ərazidə bəzi məktəbli yeniyetmələrin yaratdığı problemlər haqqında redaksiyamıza müraciət etmişdilər.

Bu barədə “Polis Qubada gizlənən fırıldaqçını Bakıya gətirdə bilmir?” başlıqlı yazıda da qeyd olunmuşdu. Sakinlər xüsusi olaraq qeyd etmişdilər ki, yaşadıqları ünvanın yaxınlığında yerləşən H. Əliyev adına liseyin şağırdlərinin səs-küyündən evlərində otura bilmirlər. Yəni söhbət ondan gedir ki, şagirdlər dərs vaxtı liseydən qaçaraq yaxınlıqda yerləşən Süleyman Vəzirov küçəsi bina 11-in məhəlləsinə yığışaraq orda siqaret çəkir, hətta spirtli içkilər də qəbul edirlər.

Bununla bağlı, sakinlər dəfələrlə sahə müvəkkili Valeh Səfərliyə, Təhsil Nazirliyinin Qaynar Xəttinə və H. Əliyev adına liseyin direktoru Fikrət Xəlilova da müraciət ediblər, ancaq şagirdlər elə yenə də həmin məhəllədə avaralığa davam edirlər. Bütün bunlardan bezən sakinlər sonda həmin şağırdləri videolentə alaraq redaksiyamızın elektron poçtuna göndəriblər. Video-çəkilişdə sakinlərdən biri şagirdlərə sual verir ki, “axı siz niyə dərs vaxtı dərsdən qaçıb bu məhəlləyə siqaret çəkməyə yığışırsız?”. Şagirdlərdən biri cavab verir ki,” liseyin direktoruna pul verib, heç dərsə də gəlmirik.

Bizim lisey şirin məktəbdir, şirinliyini ver, heç dərsə də gəlmə”. Sonra hətta şagirdlərin birinin dilindən 2 min manat pul söhbəti də çıxdı. Bir sözlə, liseyin şagirdlərinə avara həyatına nə həmin ərazinin sahə inspektoru Valeh Səfərli qarışır, nə Təhsli Nazirliyi nə də ki, H. Əliyev adına liseyin direktoru Fikrət Xəlilov. Bir sözlə bu şagirdlərə dərs vaxtı yiyə duran yoxdur.

Təqdim etdiyimiz videoda bunun şahidi ola bilərsiniz. Sahə müvəkkili Valeh Səfərlinin isə ərazidəki asayişi qorumaq, sakinlərin şikayətlərini araşdırmaq və həll etmək əvəzinə, nə işlərlə məşğul olduğu sual doğurur. Sakinlərin dediyinə görə, V.Səfərli ərazidə asayişi qorumaq yerinə, xırda ticarət obyektlərindən “xərac” toplamaqla məşğuldur. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net