Sumqayıtda növbəti “yaşıl soyqırım”-FOTOLAR
Tarix: 16-12-2015, 09:47 | Çap et
Sumqayıtda növbəti “yaşıl soyqırım”-FOTOLAR
“Bizim şikayətimiz yaşadığımız 23/6 saylı binanın tinində yaşıl təbiətə qarşı “soyqırım” edən bəzi “işbazlardandır” Qeyd edilən sahədə uzun illərdən qalan ağaclar günü-gündən naməlum şəxslər tərəfindən məhv edilir”. Bu barədə JAM.AZ-a həmin binanın sakinləri adından İsa Məmmədov yazıb.

O qeyd edib ki, Mənzil İstismar Sahəsinə şikayətlərini bildirsələr də, oradan aldıqları məlumata görə həmin ərazi Sumqayıt Şəhər Bələdiyyəsinin sədri Əbülfəz Babayev tərəfindən satılıb. “Obyekt tikmək istəyən işbazlar “çıxış yolunu” buradakı yaşıllığı günü-gündən məhv etməkdə tapıblar. Faktı təsdiq edən fotoşəkilləri də şikayət məktubumuza əlavə edərək binamızın tinində yaşıllığı məhv edənlərin cəzalandırılması və qeyd edilən ərazinin Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən hər-hansı formada kimlərəsə satılması haqqında sərəncamının ləğv edilməsi üçün aidiyyatı üzrə göstəriş verəsiniz”.

Sumqayıtda növbəti “yaşıl soyqırım”-FOTOLAR
Sumqayıtda növbəti “yaşıl soyqırım”-FOTOLAR
Sumqayıtda növbəti “yaşıl soyqırım”-FOTOLAR





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net