Vətəndaşların milyonlarla əmanətini kefə xərcləmiş bankir oğlu MTN-i ittiham edir
Tarix: 1-12-2015, 11:00 | Çap et
Vətəndaşların milyonlarla əmanətini kefə xərcləmiş bankir oğlu MTN-i ittiham edir
..MTN şefi Eldar Mahmudov vəzifəsindən çıxarılıb, ətrafı təmizlənib, əksəriyyəti həbs olunub... Amma bu zəhmli qurumun başında durmuşların məlum vəziyyətində hamı onları ittiham edir. Hətta artıq elə vəziyyət yaranıb ki, az qalıb kolxoz bazarında yumurta satan Fatma xala da deysin ki, o vaxt toyuqlarımın yumurtadan kəsilməsinin baiskarı MTN və onun rəhbəri olmuş Eldar Mahmudov idi... Hətta vaxtilə hansısa cinayətini etiraf etmiş, hazırda həbsdə olanlar da MTN-i və ya naziri, onun ətrafını günahlandırır, xoruz səsi eşitməyən yeni iddialar səsləndirirlər.
Doğrudanmı ölkəmizin bəzi problemlərinin baiskarı elə MTN, yaxud onun naziri olmuş Eldar Mahmudov imiş???

Problemlərin baiskarı, yoxsa...

“Təzadlar” son vaxtlar geniş vüsət almış bu mənfi tendensiyanın pis nümunə olacağını müəyyənləşdirən məqamları araşdırmaqla məşğuldur. Vəziyyət o yerə çatdı ki, Prezidentin köməkçisi Əli Həsənov və Mətbuat Şurası da mətbuatda səhifələnən bu çoxçeşidli ittihamların mənfi nəticələrini müzakirəyə çıxardılar... Necə ola bilər ki, MTN bütün sahibkarların və ya məmurların qənimi olmuşdur? Bəs niyə həmin şəxslər vaxtında səsini çıxarmayıblar və susublar? Deməli, od olmayan yerdən tüstü çıxmır və sadəcə, MTN bu “tüstü”nün kor qoyduğu gözlərin görmədiklərini ola bilsin böyüdücü şüşə ilə görə bilib.
Gəlirik mətləbə: ötən gün “Texnikabank”ın Bakı filialının əməliyyat şöbəsinin rəis müavini olmuş İslam Yusifov (atası Zal Yusifov isə filialın müdiri olmuşdur) həbsxanadan maraqlı açıqlama ilə çıxış etmişdir. Artıq həbsxanada 8 il cəza çəkən İslam Yusifovun baş prokuror Zakir Qaralova ünvanladığı müraciətində maraqlı məqamlar var. İ.Yusifov həmin müraciətində MTN-çilərin günahsız bir adamı ən ağır cəzaya məhkum etmək üçün əl atdıqları cinayətkar metodların mahiyyətini açır. Hansı ki, “Texnikabank”ın Bakı filialının əməliyyat şöbəsinin rəis müavini olmuş İslam Yusifov 2008-ci ilin sentyabrında MTN əməkdaşları tərəfindən dələduzluq ittihamı ilə həbs olunaraq MTN-in təcridxanasına salınmışdır. İ.Yusifov “Texnikabank”ın müştərilərinə məxsus olan nə az, nə çox - 1 milyon 100 min manat vəsaiti 2005-2008-ci illər ərzində mənimsəməkdə ittiham olunub. 2009-cu ilin martında İ.Yusifovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib və o, ev dustaqlığına buraxılıb. Lakin MTN-nin müstəntiqi Vüsal Ələkbərov bundan əvvəl İ.Yusifovu öz kabinetinə çağıraraq ondan açıq mətnlə 300 min manat tələb edib. Müstəntiq bunun əvəzində ona “məhkəmə ilə bağlı bütün problemləri yoluna qoymağı” vəd edib. İslam Yusifov ona qarşı irəli sürülən ittihamların heç biri ilə razı olmasa da onun yaxınları-Yusifovlar ailəsi tələb olunan məbləğdə pulu toplayaraq müstəntiq V.Ələkbərova veriblər. Buna baxmayaraq İ.Yusifovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Əsl həngamə də bundan sonra başlayıb. Müstəntiq V.Ələkbərov “işi yoluna qoymaq üçün” İ.Yusifovdan yenə də pul qoparmağa başlayıb. Bu dəfə “şirinliyin” məbləği də artıb. V.Ələkbərov İ.Yusifovdan “məhkəmə araşdırmasını dayandırmaq üçün” bu dəfə 500 min manat tələb edib. “Əgər bu pulu gətirməsən, 8 il həbsxanada oturacaqsan” - deyə müstəntiq təqsirləndirilən şəxsi hədələyib. Yusifovlar ailəsi bu qədər pulu toplaya bilməyiblər. Nəticədə İ.Yusifov 2010-cu ilin aprelində ağır cinayətdə təqsirkar bilinərək 8 il müddətinə həbsə məhkum olunub: “Günahsız olmağımı təsdiqləyən sübutların heç biri nəzərə alınmadı. Mən hər hansı cinayətkar qruplaşmanın tərkibində ola və “Texnikabank”ın pullarını mənimsəyə bilməzdim. Çünki 2005-ci ildə mənim cəmi 17 yaşım vardı. 2006-cı ilin oktyabrından 2008-ci ilin mayına qədər əsgərlikdə olmuşam. Həmin dövrdə mən hər hansı cinayətkar qrupun tərkibində sadəcə ola bilməzdim. Mən yalnız hərbi xidmətdən qayıdandan sonra - 2008-ci ilin mayında bankda işləməyə başlamışam. Həmin ilin sentyabrında isə həbs olunmuşam. Mənim adamları aldatmağım, sənədləri saxtalaşdırmağım və ya kimlərinsə pullarını mənimsəməyim barədəki ittihamların heç biri nə ibtidai istintaqda, nə də sonrakı məhkəmə araşdırması zamanı sübuta yetirilmədi. Bundan əlavə, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi sübut etdi ki, pul çatışmazlığına görə bankın filial direktoru və baş mühasib günahkardır. Mənim heç bir sənəddə imzam olmayıb. Heç bir möhür və ştampa, bankın heç bir kassasına çıxış imkanlarım olmayıb. Üstəlik, istintaq və məhkəmə zamanı heç bir zərərçəkən və şahid mənə qarşı ifadə verməyib. Lakin günahsızlığımı təsdiqləyən bu dəlil-sübutların heç biri MTN-in təzyiqlərinə görə məhkəmə tərəfindən nəzərə alınmadı”, yazır İslam Yusifov.
Hətta məlum olur ki, İ.Yusifov cəzasının 2/3 hissəsini çəkəndən sonra Xəzər Rayon Məhkəməsinə müraciət edərək barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. Lakin bu xahişi rədd olunub. Bundan sonra İ.Yusifov Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə isə 2015-ci ilin martında İ.Yusifovun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə dair qərar verib. İ.Yusifov bundan bir qədər rahatlanıb. Amma sən demə, hələ tez imiş, MTN-dəkilər İ.Yusifovu bu 6 ildə də “unutmayıbmış”. Elə 2015-ci ilin may ayında MTN-ə çağırılan İ.Yusifov yeni tələblə üz-üzə qalır. Həmin müstəntiq Vüsal Ələkbərov ondan yenə pul tələb edir - bu dəfə 50 min dollar. Müstəntiq onunla yenə hədə-qorxu dili ilə danışır: “50 min dolları gətirməsən, səni yenidən həbsxanaya qaytaracağam”. Yusifovlar ailəsi yenidən pul toplamağa başlayıb. Amma cəmi 30 min manat toplaya bilirlər. Onu da müstəntiq Ələkbərova verirlər. Müstəntiq isə Yusifovların bu “özbaşınalığını”, yəni 50 min dollar əvəzinə cəmi 30 min manat verməsini onlara bağışlamayıb. Nəticəsi də bu olub ki, Apelyasiya Məhkəməsi bu ilin avqustunda İslam Yusifovun yenidən həbsxanaya qaytarılmasına dair qərar çıxarıb. İ.Yusifov Baş prokurora müraciətində yazır: “Mənimlə bağlı işə yenidən baxmağınızı xahiş edirəm. Sizdən, həmçinin xahiş edirəm ki, MTN-in müstəntiqi Vüsal Ələkbərovun bizdən hədə-qorxu yolu ilə aldığı 330 min manatın ailəmizə qaytarılmasında kömək edəsiniz”.
“Təzadlar” olaraq biz də arzu edirik ki, haqq öz yerini tapsın və İ.Yusifov tezliklə azadlığa çıxsın...

Bəs Baş Prokurorluğun
“İttiham Aktı”nda yazılanlar?

Lakin təəssüflər olsun ki, bir çox zərərçəkənlər kimi, İ.Yusifov da 6-7 il həbsxanada yatandan sonra bu qənaətə gəlib ki, MTN müstəntiqi onun hüquqlarını pozub. Bəs niyə vaxtında bu şikayət aidiyyəti üzrə ünvan edilməyib?
Beləliklə, “Təzadlar” 2009-cu ildə bu cinayət işi üzrə istintaq materiallarını əldə edərək bəzi epizodları məhkəmə istintaqı dövründə dərc etmişdi. Respublika Baş prokurorunun 1 müavini, 2-ci dərəcəli Dövlət ədliyyə müşaviri R.Usubovun imzaladığı 7 avqust 2009-cu il tarixli “İttiham aktı”ndan məlum olurdu ki, MTN-nin İstintaq Baş İdarəsinin 2-ci şöbəsinin rəisi, ədliyyə mayoru Ələkbərov Vüsal Hicran oğlu bu cinayət işinin istintaqını aparıb. V.Ələkbərovun elan etdiyi ittihamdan məlum olurdu ki, Azərbaycan Respublikasının vətəndaşları Yusifov Zal Zakir oğlu (“Texnikabank”ın Bakı filialının müdiri, İslam Yusifovun atası) Az. Res. CM-nin 178.3,1-ci, 178.3.2-ci, 313-cü, 320.2-ci, 179.3.1-ci və 179.3.2-ci maddələri ilə, Yusifov İslam Zal oğlu (ёTexnikabank”ın Bakı filialının müdiri Z.Yusifovun oğlu) və Behbudov Vüqar Nüsrət oğlu Azərbaycan Respublikası CM-nin 178.3.1-ci və 178.3.2-ci maddələri, Məmmədova Səmayə Hacan qızı Azərbaycan Respublikası CM-nin 178.3.1-ci, 178.3.2-ci, 179.3,1-ci və 179.3.2-ci maddələri, Yusifov Camal Zakir oğlu, Əhmədov Rauf Vaqif oğlu, Hüseynov Ülvi Sərdar oğlu, Hüseynov Fəxri Müseyib oğlu, Nəsirov Dağıstan Aslan oğlu, Həsənov Akif Mayıl oğlu, Həsənov Elşən Həsən oğlu, Sultanov İntiqam Bahəddin oğlu, Zeynalov Mübariz İlyas oğlu, Qasımov Saleh Həmid oğlu və Mürsəlov Məhəmməd Temraz oğlu Azərb. Res. CM-nin 320.1-ci, 179.3.1-ci, və 179.3.2-ci maddələri ilə təqsirləndiriliblər. İstintaq materiallarından bəlli olurdu ki, ёTexnikabank”ın Bakı filialında baş verən əmanət oğurluğunda bankın müdirinin oğlu İslam Yusifov da mühüm rol oynamışdır. Belə ki, “...Yusifov İslam Zal oğlu 29 sentyabr 2009-cu il tarixli izahatında göstərmişdir ki, 2005-ci ildən “Texnikabank” ASC-nin “Bakı” filialında 1 il əməliyyatçı, sonra isə əməliyyat şöbəsinin rəis müavini vəzifəsində işləmişdir. “Bakı” fılialının müdiri Yusifov Zal Zakir oğlu onun atasıdır. 2008-ci ilin avqust ayında o, “Texnikabank” ASC-nin İdarə Heyətinin sədrinin əmrinə əsasən vəzifədən azad edilmişdir. Həmin tarixdə atası Zal Yusifov da vəzifədən azad edilmişdir. Atasının və özünün vəzifədən kənarlaşdırılmalarının səbəbi vətəndaşlardan toplanılmış təxminən 15-20 milyon manat pul vəsaiti 3-6 faizlə götürülmüş və baş bankın balans\ına köçürülməmişdir. Atası baş bankın xəbəri olmadan özü toplanılmış pullara görə vətəndaşlara əmanət kitabçası açmış, bu işdə baş mühasibin və kassirin xəbəri olmuşdur. Həm vətəndaşlardan toplanılmış pulların bir q\ismini\ atası öz qohumlarının adlarına sənədləşdirərək kreditlər ayırmış və həmin kreditlər nəticəsində əldə olunmuş külli miqdarda vəsaiti özü mənimsəmişdir. Son vaxtlar vətəndaşlardan toplanmış vəsaitlərə görə faizlərin ödənişini atası ödəyə bılmədiyinə görə bir çox problemləri yaranmışdır. İ.Yusifov bildirmişdir ki, həmin vəsaitlərin cəlb olunmasında “Kapital Bank”ın ёTərəqqi” fılialının müdiri də iştirak etmişdir. Belə ki, atası ona hər ay vətəndaşlardan külli miqdarda vəsaitin cəlb olunmasının müqabilində 20 000 ABŞ dolları vermişdir. Eyni zamanda atası Yusifov Zal “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin xəbəri olmadan pul aldığı vətəndaşların adına onları aldatmaq məqsədi ilə əmanət kitabçaları açmışdır. Bu kitabçaların açılmasından “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin Bakı fılialının baş mühasibinin və kassirinin xəbəri olmuşdur. Bundan başqa, atası “Texnikabank” ASC-nin Bakı fılialının balansında olan vəsaitdən öz qohumlarının adına kredit sənədləşdirərək kreditlər ayırmış, lakin həmin vəsaiti özü mənimsəmişdir. Onun yuxarıda qeyd etdiklərinin müəyyən hissəsindən xəbəri olmuşdur. Belə ki, o, vətəndaşların yüksək faizlə pul əldə etmək üçün müxtəlif məbləğləri atasına verməsinin şahidi olmuşdur. Eyni zamanda qeyd etmişdir ki, o, müəyyən şəxslərin yüksək faiz əldə etmək üçün hansı məbləğdə pul vəsaitini atasına verməsindən atası işdən çıxandan sonra bilmişdir. Belə ki, Nizami Kazımov adlı şəxsin 704.000 avro, İlqar Mirzəyev adlı şəxsin 2-3 milyon manat, Namil Rzayev adlı şəxsin 3-4 milyon manat və Aynur Quliyeva adlı şəxsin 620.000 ABŞ dollarının yüksək faiz əldə etmək üçün atası Zal Yusifova pul vəsaiti verməsini bilmişdir. Lakin həmin vəsaitin bankın balansına köçürülüb-köçürülməməsindən xəbəri olmamışdır. Bundan əlavə, o, hər ayın sonunda yuxarıda adını qeyd etdiyi şəxslərə çatmalı olan yüksək məbləğdə faiz məbləğlərinin bəzisini özü şəxsən onlara çatdırmışdır”.

Bankir oğlunun xatirəli günləri...

Yusifov İslam Zal oğlu 02 oktyabr 2008-ci ildə şübhəli şəxs qismində dindirilərkən istintaqa verdiyi ifadəsində göstərmişdir ki, “...Müğənni S.S.-i (ad şərtidir - red.) 16 yaşından tanıyır. Onunla ilk dəfə yolda maşınla gedərkən tanış olmuş, sonradan isə onunla arasında yaxın münasibətlər yaranmışdır. Onlar təxminən 4 il qeyri-rəsmi olaraq birlikdə yaşamış, yaxın münasibətdə olduğu müddətdə ona maddi tərəfdən çox köməklik etmiş, ona bir neçə daşınmaz əmlak, ev və maşın almışdır. Daha sonra ifadəsində göstərmişdir ki, S.S-ə aldığı iki evin pulunun bir hissəsini ödəmişdir. Həmin evlərdən biri Xətai metrostansiyasının arxasında yerləşən “Ləpələr MTK” şirkətinin tikdirdiyi yeni binada, digəri isə Göy məscidin arxasında yerləşən yeni tikilmiş binada yerləşir. Xətai metrostansiyasının arxasında yerləşən binadakı mənzil 3 otaqdan ibarətdir və bildiyinə görə S.S.-in anasının adınadır. Həmin evin alınması üçün o, 30 min ABŞ dollarını şirkətə ödəmiş, 20 min ABŞ dollarını isə S.S-in özünə vermiş, yəni ümumilikdə həmin evin alınması üçün 50 min ABŞ dolları məbləğində pul ödəmişdir. Evin qalan pulunu isə S.S. özü ödəmişdir. Göy məscidin arxasında yerləşən binadakı mənzil isə 2 otaqdan ibarətdir. Həmin mənzilin alınması üçün o, S.S-ə 50 min ABŞ dolları vermiş, qalan pulu isə S.S. özü ödəmişdir. Həmin mənzillərin alınması üçün verdiyi ümumilikdə 100 min ABŞ dollarını o, öz dost-tanışından borca götürmüşdür. Belə ki, heç vaxt atasından böyük məbləğdə pul istəyə bilmirdi. Borc verənlər isə onun atasının harada işlədiyini və yaxşı imkanının oldugunu nəzərə alaraq atasının lıəmin pulları qaytaracağını bilirmişlər. Sonradan ödəmışdır. Həmçinin atası onun S.S. ilə arasında olan münasibətindən xəbəri varmış və bu məsələyə gorə onu bir neçə dəfə danlayıb döymüşdür. Eyni zamanda S.S-in aldığı iki daşınmaz əmlakın pulunun bir hissəsini də ödəmişdir.
Onlardan biri Mətbuat prospektində yeni tikilən icra hikamiyyətinin yanında yerləşən “Antı İnşaat” şirkətinin yerləşdiyi binanın birinci mərtəbəsində, digəri isə Statistika Mərkəzi ilə üzbəüz olan “Azercell”in yerləşdiyi binanın arxasında bir neçə ay əvvəl uçmuş binanın yanınakı tikilinin zirzəmisində yeləşır. Mətbuat prospektindəki daşımaz əmlakın sahəsi təxminən 60-80 kvadrat metrdır. Həmin yerin ahnması üçün o, S.S-ə 60 min ABŞ dolları vermiş, qalan pulu isə S.S. özü ödəmişdir. “Azercell”in binasının arxasmda yerləşən daşınmaz əmlak binanın zirzəmisində yerləşən, həmin yer yarızirzəmi hesab olunur. Orada S.S.-in öfisi yerləşir. Həmin ofisin sahəsi təxminən 60-70 kvadrat metrdir Ofisin alınması üçün o, 50 min ABŞ dolları vermiş, qalan pulu isə S.S. özü ödəmişdir. Həmin pulları da o, dost-tanışdan borc götürərək vermişdir. Sonradan isə atası həmin borcları ödəmişdir. Həmçinin bir məsələni qeyd edərək göstərmişdir ki, S.S.-in aldığı evlərin və daşınmaz əmlakların pulunun qalan hissəsini özü ödəyirdi deyəndə bu heç də o demək deyil ki, S.S. həmin pulları öz cibindən ödəyirdi. Belə ki, o, son iki ildə S.S-ə hər ay mütəmadi olaraq xərcləmək üçün 30-40 min ABŞ dolları verirmiş. O, hesab edir ki, S.S. də həmin evlərin və daşınmaz əmlakların alınması üçün qalan pulu məhz ona verdiyi pullardan ödəyirdi. Hər ay S.S.-ə xərcləmək üçün verdiyi 30-40 min ABŞ dollarını isə o, atasından özü üçün xərcləmək adı altında götürüb ona verirmiş. O, ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, hazırkı dövrədək S.S.-in kliplərini çəkdirməsi üçün təxminən 50 min ABŞ dolları, əvvəl idarə etdiyi “Audi Q7” cip markalı avtomaşının kreditinin pulundan 40 min ABŞ dolları, hazırda idarə etdiyi “Range Rover” cip markalı avtomaşının kreditinin pulundan 20 min ABŞ dolları və Novxanı qəsəbəsində kanalın yanında yerləşən bağının təmiri üçün 50 min ABŞ dolları məbləğində pul ödəmişdir. Həmin pulları da o, dost-tanışdan borca götürərək vermiş, sonradan isə atası həmin borcları ödəmişdir. 2008-ci ilin iyun ayında isə o, ailə həyatı qurmağa hazırlaşdığı üçün S.S. ilə münasibətlərini qurtarmağa qərar vermişdir. Lakin S.S. onu şantaj edərək münasibətlərinin qurtarması üçün ondan 100 min ABŞ dolları istəmiş, əks təqdirdə ailəsinə və nişanhsına zəng vuraraq onlara aralarındakı yaxın münasibətlər barədə hər şeyi danışacağını bildirmişdir. S.S. ona 2-3 gün vaxt qoymuş və xarici pasportunu verrnəsini istəmişdir. O da S.S.-i sakitləşdirmək üçün xarici pasportunu ona vermişdir. Bu məsələdə onun dostluq elədiyi Milli Məclisin millət vəkili olan R.R. (ad şərtidir) həyat yoldaşı D.D.-nin də yaxından iştirakı olmuşdur. D.D. onun vasitəsilə S.S. ilə tanış olmuşdur. D.D. ona S.S.-dən xəbər gətirərək onun başına oyun açmaq istədiyini, lakin D.D.-nin buna imkan vermədiyini və bu məsələni yoluna qoymağa çalışdığını bildirirmiş. D.D. ona atasının yanına gedərək bu məsələni ona danışmağı təklif edirmiş. Lakin D.D. onun atası ilə heç vaxt bu məsələni danışmayacığını bilirmiş. Sonda o, həm D.D.-yə, həm də S.S-ə 100 min ABŞ dollarını ödəməyəcəyini bildirmişdir (istintaq ifadəsində bəzi məqamlar var ki, dərc etməyi məqbul hesab etmədik. Red.).
“İttiham Aktı”nda daha sonra bir məqam diqqəti çəkir: “...Təqsirləndirilən şəxs Yusifov İslam Zal oğlu 05 dekabr 2008-ci il tarixli ifadəsində gostərmişdir ki, Rzayev Namil Heydər oğlıı “Texnikabank” ASC-nin Bakı fılialına müraciət edərək öz adına 900.000 (doqquz yüz min) ABŞ dolları pulu əmanətə qoymuş və ayda ona qeyri-rəsmi olaraq 6 faiz gəlir ödənilirdi. Həmin 6 faiz gəliri atası Zal Yusifovun tapşırığı ilə ya o, aparıb Namil Rzayevin özünə verirdi. Eyni qayda ilə Əzimov Füzuli Mürşüd oğlu Behbudov Vüqarın tanışıdır. Füzuli Əzimov Vüqar Behbudovun vasitəsilə banka müraciət edərək öz adına 200.000 (iki yüz min) ABŞ dolları pulu əmanətə qoymuş və ayda ona qeyri-rəsmi olaraq 6 faiz gəlir ödənilirdi. Həmin 6 faiz gəliri Zal Yusifovun tapşırığı ilə Füzuli Əzimova çatdırması üçün ya o, aparıb Vüqar Behbudova verirdi, ya da Vüqar özü banka gələrək götürürdü. Bildiyi qədəri ilə 6 faiz gəliri Vüqarla Füzuli öz aralarında bölüşürdülər. Füzuli Əzimovun adına depozitə qoyulmuş pulun ödənilib-ödənilməməsindən xəbəri yoxdur.
Mirzəyev Elvin İlqar oğlu Zal Yusifovun tanışı olan İlqar Mirzəyevin oğludur. İlqar Mirzəyev banka müraciət edərək oğlu Elvin Mirzəyevin adına 155.000 (yüz əlli beş min) ABŞ dolları, 250.000 (iki yüz əlli min) avro və 100.000 yüz min) manat pulu əmanət qoymuş və ayda onlara qeyri-rəsmi olaraq 6 faiz gəlir ödənilirdi. Həmin 6 faiz gəliri Zal Yusifovun tapşırığı ilə ya o, apanb İlqar Mirzəyevə verirdi, ya da İlqar Mirzəyev özü banka gələrək götürürdü. Elvin Mirzəyevin adına depozitə qoyulmuş pulun ödənilib-ödənilməməsindən xəbəri yoxdur.
Əliyev Polad Məhərrəm oğlu keçmiş Bakı şəhəri Baş Polis İdarəsinin rəisi vəzifəsində işləmiş Məhərrəm Əliyevin oğludur. Polad Əliyev banka müraciət edərək öz adına 300.000 (üç yüz min) avro pulu əmanət qoymuş və ayda ona qeyri-rəsmi olaraq 6 faiz gəlir ödənilirdi. Mustafayev Şahmar Cəmil oğlu Zal Yusifovun tanışıdır. O, banka müraciət edərək öz adına 80.000 (səksən min) ABŞ dolları və 70.000 (yetmiş min) ABŞ dolları pulu əmanətə qoymuş və ayda ona qeyri-rəsmi olaraq 2-3 faiz gəlir ödənilirdi. Həmin 2-3 faiz gəliri Şahmar Mustafayev özü banka gələrək götürürdü. Sahmar Mustafayevin əmanətə qoyduğu pullardan 80 min ABŞ dolları ödənilmiş, 70 min ABŞ dollarının isə 30 min ABŞ dolları pul şəklində ödənilmiş, 28 min ABŞ dollarının əvəzinə isə ona “Hyunday Grandeur” markalı avtomaşın və Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən ailəsinə məxsus 0,06 hektar torpaq sahəsi verilmişdir. Şahmar Mustafayevin adına depozitə qoyulmuş puldan 12 min ABŞ dolları ödənilməmişdir.
Rzayeva Gülzar Hüseyn qızı banka müraciət edərək həyat yoldaşı Gülzar Rzayevamn adına 2.116.000 (iki milyon yüz on altı min) ABŞ dolları və 892.000 (səkkiz yüz doxsan iki min) avro pulu əmanətə qoymuş və ayda qeyri-rəsmi olaraq 6 faiz gəlir ödənilirdi. Sultanova Kəmalə İsmayıl qızı banka müraciət edərək adına 200.000 (iki yüz min) ABŞ dolları və 171.000 (yüz yetmiş bir min) manat məbləğində əmanətə pul qoymuşdular. Ayda depozitə qoyulmuş pullara görə qeyri-rəsmi olaraq 4-6 faiz gəlir ödənilirdi. Sultanova Raciyə Nəsrəddin qızı banka müraciət edərək adına 127.000 (yüz iyirmi yeddi min) manat məbləğində əmanətə pul qoymuşdur və ayda Nəsrəddin Sultanova depozitə qoyulmuş pula görə qeyri-rəsmi olaraq 4-6 faiz gəlir ödənilırdi. Mədətov Elşən İsmayıl oğlu banka müraciət edərək öz adına 985.000 (doqquz yüz səksən beş min) ABŞ dolları məbləğində əmanətə pul qoymuşdur və ayda ona depozitə qoyduğu pula görə qeyri-rəsmi olaraq 6 faiz gəlir ödənilirdi. Sultanov Nəsrəddin Teyyub oğlu banka müraciət edərək öz adına 400.000 (dörd yüz min) ABŞ dolları məbləğində əmanətə pul qoymuşdur və ona ayda depozitə qoyduğu pula görə qeyri-rəsmi olaraq 4-6 ay faiz gəlir ödənilirdi. Mədətov Elşən İsmayıl oğlu banka müraciət edərək əvvəl 843.900 (səkkiz yüz qırx üç min doqquz yüz) manat məbləğində əmanətə pul qoymuş və ayda ona depozitə qoyduğu pula görə qeyri-rəsmi olaraq 6 faiz gəlir ödənilirdi. Sonradan Elşən Mədətov həmin məbləği avroya çevirdi və ümumilikdə məbləğ 677.000 (altı yüz yetmiş yeddi min) avro təşkil etdi. Həmin 6 faiz gəliri atası Zal Yusifovun tapşırığı ilə ya o aparıb Elşən Mədətova çatdırması üçün verirdi.
Qurbanov Mehrac Qurban oğlu banka müraciət edərək öz adına 300 000 (üç yüz min) ABŞ dolları və 256.950 (iki yüz əlli altı min doqquz yüz əlli) manat əmanətə pul qoymuş və ayda ona depozitə qoyduğu pullara görə qeyri-rəsmi olaraq 6 faiz gəlir ödənilirdi və sair...”.
P.S.İndi maraqlı sual yaranır: vətəndaşların yüz minlərlə əmanətlərini “uf” demədən onu şantaj edən müğənniyə paylayan bankir oğlu onu şantaj edən MTN müstəntiqinə verdiyi yüz minin davasını çəkir... Heç insafdandır???
- Bəs MTN indi niyə günahkar çıxarılır?
(Davamı olacaq)
“Təzadlar”ın Araşdırma Qrupu





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net