Ana Sayfa > Siyasət > Ermənistan-Azərbaycan sərhədində son hərbi əməliyyatlar Britaniya parlamentində müzakirə olunacaq

Ermənistan-Azərbaycan sərhədində son hərbi əməliyyatlar Britaniya parlamentində müzakirə olunacaq


30-07-2020, 11:51. Yazar: admin
Ermənistan-Azərbaycan sərhədində son hərbi əməliyyatlar Britaniya parlamentində müzakirə olunacaq

Ermənistan-Azərbaycan sərhədində son hərbi əməliyyatlar Britaniya parlamentində müzakirəyə çıxarılcaq.

APA-nın məlumatına görə, bu barədə Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc bildirib.

O qeyd edib ki, iyulun 12-də Ermənistanın ölkəmizə qarşı törətdiyi Tovuz hərbi təxribatından dərhal sonra dünya parlamentlərinin insan haqları komitələrinin rəsmilərinə, beynəlxalq məsələlər və s. aiddiyəti qurumlarına məktublar ünvanlayıb.

50-dən çox ölkəyə göndərilən məktubda Ermənistanın Azərbaycan dövlət sərhədinin şimal-qərb hissəsində başlatdığı işğalçı hücumun əsas məqsədləri, hərbi əməliyyatların Qarabağdan 250 km uzaqlıqda aparılmasının səbəbləri, sərhədyanı kənddə yaşayan dinc sakinin qətlə yetirilməsi, mülki əhalinin ev təsərrüfatlarına dəyən dağıdıcı ziyanın miqyası, təxribatın beynəlxalq təhlükəsizlik qarantiyası altında və Avropanın enerji təchizatında etibarlı mənbələrdən olan transmilli neft-qaz kəmərlərinə və tranzit xətlərinə törətdiyi təhdidlər, erməni tərəfin cəbhədə gedən hadisələr haqda saxta xəbərləri tirajlaması və s. haqda məlumat əksini tapıb.

Z. Oruc bildirib ki, Böyük Britaniya (Birləşmiş Krallıq) Parlamentinin İcmalar Palatasının İnsan Hüquqları üzrə Birgə Komitənin sədri Harriet Harmanın adından müraciətə cavab verilib.

Cavabda Harriet Harman Z. Oruca “Ermənistanın hərbi təxribatı” ilə əlaqədar ətraflı məlumat üçün təşəkkür edib.

"Xanım Harman olduqca dəyərli tövsiyələr verməklə, İngiltərə parlamentinin dünyada insan hüquqları ilə bağlı mütəmadi rəylər verən Xarici İşlər Komitəsi, həmçinin, Azərbaycanla bağlı Parlament Qrupunun, parlamentin üzvü Bob Blackmanın Tovuz döyüşlərindən dərhal sonra 13 iyul 2020-ci il tarixində “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzkarlığı” ilə bağlı gündəliyə müzakirənin daxil edilməsi ilə bağlı təklifini də vurğulayıb", - deyə Z. Oruc bildirib

Z. Oruc Böyük Britaniya Parlamentinin Birgə İnsan haqları Komitəsinin sədrinə diqqətə və operativ cavab məktubuna görə minnətdarlığını bildirdiyini qeyd edib, Parlamentin qarşıda gözlənilən müxtəlif formatlı dinləmələrində Azərbaycan tərəfinin məsələni diqqətdə saxlayacağını vurğulayıb.
Geri dön