Ana Sayfa > Siyasət > Deputat icra başçısına məktubunda nə yazıb? - FOTOFAKT

Deputat icra başçısına məktubunda nə yazıb? - FOTOFAKT


20-05-2020, 11:08. Yazar: admin
Deputat icra başçısına məktubunda nə yazıb? - FOTOFAKT

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, keçmiş icra başçısı Musa Musayev “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqovun ona yazdığı məktubu paylaşıb.

Yenisabah.az xəbər verir ki, Musa Musayev Naftalanın icra başçısı olarkən Bəxtiyar Sadıqovun imzası ilə ona yazılan məktubda baş redaktor “Azərbaycan”ın yeganə rəsmi qəzet olduğunu qeyd edərək böyük tirajla nəşr olunması üçün dəstək istəyir. Musa Musayev məktubun fotosunu aşağıdakı qeydlə paylaşıb: “Arxivimdə bir məktuba rast gəldim. . Qəzetçilərdən soruşmaq istərdim ki, respublikamızda neçə rəsmi dövlət qəzeti var? Bəxtiyar müəllim yazıb ki, bir, o da “Azərbaycan” qəzetidir! Mən istərdim ki, islahatlar dalğası mətbuatımıza da gəlsin! Çünki qəzet oxuyan yoxdur, qəzetlər bərbad gündədir! Başsağlıqları verməklə qəzet saxlamaq olmaz!”


Deputat icra başçısına məktubunda nə yazıb? - FOTOFAKT
Geri dön