Ana Sayfa > Siyasət / Manşet > Daha iki icra başçısı da tutduqları vəzifələrini itirəcək

Daha iki icra başçısı da tutduqları vəzifələrini itirəcək


8-10-2018, 14:35. Yazar: admin
Daha iki icra başçısı da tutduqları vəzifələrini itirəcək
Ötən həftə ölkə prezidenti Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev tutuduğu vəzifəsindən azad edildi. İcra başçısının vəzifəsindən azad edilməsinin səbəbləri bəlli deyil. Etimadı doğrultamama ehtimalı daha çox qeyd edilənlər arasındadır.

Gundeminfo.az-a danışan mənbə iddia edir ki, belə səssiz vəzifəsini itirəcək icra başçılarının siyahısı hazırdır. Onların arasında İsmayıllının icra başçısı Mirdamət Sadıqov, Bərdənin icra başçısı Vidadi İsayev də var. Vidadi İsayevin uzun illər Gəncənin icra başçısı Elmar Vəliyevin himayəsində olması, onun postunda arxayın oturmasına imkan verirdi. Lakin Elmar Vəliyev vəzifəsindən azad edildikdən sonra kurasiyasında olan əsas rayonlardan biri kimi Bərdədə də rəhbər dəyişikliyi qaçılmaz olub.

Mənbəmizin məlumatına əsasən İsmayıllının icra başçısı ilə bağlı da ciddi narazılıqlar var. Bir qədər əvvəl İsmayıllı rayonunda Azəravtoyolsersin çəkdiyi magistral yolun uzunluğu ilə bağlı ortaya çıxan qalmaqal. İsmayıllıda meşə tətəsrrüfatları ilə bağlı ciddi qanun pozuntuları və nəhayət rayonun prokurorunun dələduzluq faktına görə həbs edilməsi, İsmayıllının idarəedilməsi ilə bağlı bir sıra narahatlıqlar ortaya çıxarıb. Məhz rayonda inzibati idarəetmənin zəif olmasını isə icra başçısının xarakteri ilə bağlayanlar da var. Bütün bu faktları sadalayan mənbəmiz gundeminfo.az-a bildirdi ki, hər iki icra başçısı ilin sonun qədər vəzifəsindən alınacaq və onların yeni vəzifəyə təyin olunacağı da gözlənilmir.

Geri dön