Ana Sayfa > Siyasət / Manşet > Bərdənin icra başçısının antropolq obrazı və Qarabağ savaşı

Bərdənin icra başçısının antropolq obrazı və Qarabağ savaşı


13-05-2016, 09:19. Yazar: admin
Bərdənin icra başçısının antropolq obrazı və Qarabağ savaşı
Aprelin əvvələrində Azərbaycan ordusu uğurlu hərbi əməliyyatlar keçirdi. Hərbi əməliyyatların sonucu olaraq ordumuz xeyli sayda şəhid verdi. Və ermənilərə ağır zərbə edrirərək hərbi uğurlar əldə etdilər. 24 ildir erməni işğalında olan torpaqlarımızı azad etdilər.

Azərbaycanın cəbhə bölgəsində yerləşən rayonlarının rəhbərlərinin davranışları isə cəmiyyətin böyük diqqətini cəlb etdi. Məsələn Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov daha uğurlu kadr olduğunu, gecə-gündüz camaatın yanında olduğunu hər an təsdiqlədi. Dövlət başçısının cəbhə bölgəsinə səfərləri də sübut etdi ki, Tərtərdə insanlar icra başçısına daha çox güvənirlər. M.Məmmədov Tərtərdə az qala hər evdə, hər səngərdə var idi. Azərbaycanın erməni işğalçıları ilə təmas xəttində tək rayonu Tərtər deyildi axı…

Elə Bərdə də bir o qədər strateji əhəmiyyət daşıyan rayonlardan biridir. Amma biz Vidadi İsayevin ən yaxşı halda gül əkdiyinə belə şahidlik edə bilmədik. Media və ictimayyət olaraq ixtisası antropoloq olan bu alim icra başçısı sanki savaş bölgəsində yerləşən rayonun deyil, Danimarkanın bir şəhər meri kimi özünü aparırdı. Vidadi İsayev ərazələrin minalardan təmizlənməsi ilə bağlı layihələrin, qrant müsabiqələrinin və ən yaxşı halda tenderlərin qalibi olaraq özünü öyə bilərdi.

Təəssüflər olsun.

GUNDEMİNFO.AZ

Geri dön