Bankları və lombardları muflis edən deputatın Eldar Mahmudov sevgisi
Tarix: 30-10-2015, 10:39 | Çap et
Bankları və lombardları muflis edən deputatın Eldar Mahmudov sevgisi
Rəfael Cəbrayılov onu “narahat edən” borc sahiblərini məhz MTN-nin əli ilə “zərərsizləşdirirmiş”

Yada salaq ki, R.Cəbrayılov 2005-ci ildə Şirvandan deputat seçilmədiyi üçün baş prokuror Zakir Qaralovu ittiham edirdi. Onu Eldar Həsənovun adamı olduğu üçün məhz Qaralovun öncə Respublika Prokurorluğundan, daha sonra seçkilərdən uzaqlaşdırdığını iddia edirdi.

Azerinfo.org-a daxil olan məlumata görə, sabiq MTN şefi Eldar Mahmudovun kurasiyasında olan deputatlardan Rafael Cəbrayılov bankları, bank olmayan kredit təşkilatlarını və lombardları müflis etməkdə ittiham olunur.

E.Mahmudovun qudası Çingiz Əsədullayevin yaxın dostu və ortağı olan Rafael Cəbrayılovun sabiq MTN şefinin dəstəyi ilə ayrı-ayrı şəxs və qurumlardan müxtəlif miqdarda “borc” alaraq, qaytarmadığı bildirilir.

Məlumatda deyilir ki, bir müddət öncə “Nikoyl” Bankda olduğu kimi Bakıdakı bir sıra bank və lombardlara Cəbrayılov borcludur. Qardaşlarının tikinti işi üçün alındığı iddia olunan pullara zəmanət verən məhz deputat olub. Bu səbəbdən də pul sahibləri tikinti ilə məşğul olan qardaşlardan deyil, məhz deputatdan pullarını tələb edirlər.

Mənbənin sözlərinə görə, Eldar Mahmudov tutduğu vəzifədən uzaqlaşdırılmadan öncə R.Cəbrayılov onu “narahat edən” borc sahiblərini məhz MTN-nin əli ilə “zərərsizləşdirirmiş”. Hətta bunun müqabilində qardaşlarının tikdiyi evlərdən bir neçəsinin Eldar Mahmudov və Çingiz Əsədullayevə bağışlandığı da vurğulanır.

Fəqət hazırda vəziyyət dəyişib və Eldar Mahmudovun yoxluğunda R.Cəbrayılov yeni “arxa” arayışına girib.

Lakin borcluların artıq Prezident Adminstrasiyasına və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə rəsmi şəkildə müraciət etdikləri bildirilir. R.Cəbrayılovun özü ilə bağlı bu problemi həll etmək üçün müxtəlif variantlara əl atdığı, ancaq mənimsədiyi pulları geri qaytarmağı düşünmədiyi də bildirilir.

Borc sahiblərinin də bu saatdan sonra geri çəkilməyəcəkləri və yaxın günlərdə Azərbaycan Prezidentinə konkret faktlar üzrə müraciət ediləcəyi gözlənilir. Prezidentin sahibkarlara dəstək verdiyi bir dönəmdə oliqarx deputatın iş adamlarını müflisləşdirməsinə və nüfuzlu YAP üzvlərinə qarşı kampaniya aparmasına toxunulacaq.

Yada salaq ki, R.Cəbrayılov 2005-ci ildə Şirvandan deputat seçilmədiyi üçün baş prokuror Zakir Qaralovu ittiham edirdi. Onu Eldar Həsənovun adamı olduğu üçün məhz Qaralovun öncə Respublika Prokurorluğundan, daha sonra seçkilərdən uzaqlaşdırdığını iddia edirdi. Eləcə də, 2006-cı ildə parlamentə təkrar seçkilərdən qələbəsinin də həm də Zakir Qaralov üzərində qələbə olduğunu vurğulayırdı.

***

Qeyd edək ki, Rafael Cəbrayılovla bağlı redaksiyamızın elektron poçtuna son dərəcə ciddi ittihamlarla zəngin yazı daxil olub. Bizim yazdıqlarımızı təsdiqləyən faktlarla zəngin yazını qısa ixtisarla təqdim edirik:

V çağırış Milli Məclisə təkrar deputat seçilmək üçün 2005-ci ilin parlament seçkilərində məğlubiyyətə düçar olduğu dairədə təkrar şansını sınamaq üçün yenidən Rafael Cəbrayılov 46 Saylı Şirvan şəhər Seçki dairəsindən namizədliyini irəli sürüb.

Heç kimə sirr deyil ki, 2005-ci ildə R.Cəbrayılovun 9 saylı Binəqədi seçki dairəsindən deputat seçilməsində keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun böyük rolu olub.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla olan iş birliyi Bakının müxtəlif rayonlarında göydələnlərin tikintisi ilə maneəsiz məşğul olmağa Rafael Cəbrayılova imkan verib. Müxtəlif tenderlərin qalibi olan “Kristal MMC”-nin faktiki bütün tikinti işlərini Rafael Cəbrayılova məxsus “Dərhal” MMC həyata keçirib və bir necə dəfə tikintilərin yarımcıq qalması səbəbindən və götürdüyü krediti vaxtında ödəməməsi səbəbindən bir necə bankla məhkəmə cəkişməsi olub . Bunlar 2013-ci ildə “Nikoil Bank” və 2014-cü ildə “ Dəmir Bank ” olub.

http://courts.gov.az/1bakueconomic/about/pendcases/show/45012

Nazir Eldar Mahmudov işdən çıxarılandan sonra Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində sənədlərdə “Kristal MMC” tərəfindən ucaldılan faktiki isə “Dərhal” MMC tərəfindən inşa edilən çoxmərtəbəli binalarda işlər saxlanılıb.

Onların bina tikintisi sahəsində olan iş ortaqlığı buna əyani sübutdur . Hətta Rafael Cəbrayılovun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova o qədər məhəbbəti və bağlılığı olub ki, idarə elədiyi 2 “ Lexsus ” avtomobilinə 90 CU 009 və 90 ML 009 dövlət nömrə seriyalarını pərəstiş etmək səbəbindən əldə edib. (Kecmiş Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri Eldar Mahmudovun xidməti avtomobilinin nömrələri 90 AA 009 və 10 AA 009 )

Qeyd edək ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxını kimi üzə cıxması faktı Rafayel Cəbrayilovu son günlər respublikada “MTN” olayları çox qorxudub.

Onun seçki təbliğatı ilə məşğul olan saytlar bu dairədən olan Yeni Azərbaycan Partiyasının (YAP) namizədi, Şirvan rayon Təhsil İdarəsinin müdiri Paşa Nəbiyev haqda həqiqətə uyğun olmayan məlumatlar yerləşdirib.

2013-cü ildə Şirvan Şəhər Təhsil Şöbəsindən kənarlaşdırılan və daha sonra Şirvan şəhər Texinventar Bürosunda 2 ilə yaxın çalışan və bu gün adı hər hansı cinayət işində hallanan Gülnar Əhmədovadan indi YAP-ın namizədinə qarşı istifadə etməsi Rafayel Cəbrayılovun öz ampluasında qaldığını göstərir.

Əslində o, Rafayel Cəbrayılovun bu addımı Yeni Azərbaycan Partiyasına və onun sədri cənab İlham Əliyevə olan sayğısızlıq əlamətidir.

Görəsən deputat olmaq istəyən cənab Cəbrayılov doğrudanmı YAP-a qarşı çıxmaqla nə etdiyinin fərqində deyil?

Təbii ki, o bunu anlamayacaq biri deyil. Görünür öz arzularını gerçəkləşdirmək üçün o hər cür yeriş yeriməyə hazırdır. Əgər bu faktlar həqiqətə uyğun deyilsə niyə məhs ön səhifəsində Rafayel Cəbrayılovun banerini yerləşdirən saytlar bu xəbəri ötən gün manşetdən cıxarmadılar? Niyə Yeni Azərbaycan Partiyasının (YAP) namizədinə qarşı bu çirkin aksiya Müsavat Partiyasının Şirvan Seçki Dairəsindən namizədliyini irəli sürmüş Elman Fəttah seçkidən geri çəkildikdən sonra baş verdi?

Ancaq hesab etmək olar ki, bu, onun sonuncu oyunudur və hər şey öz başında çatlayacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net