Rəcəb Tayyib Ərdoğan Emmanuel Makronla danışıqlar apardı
Tarix: 3-03-2021, 08:15 | Çap et
Rəcəb Tayyib Ərdoğan Emmanuel Makronla danışıqlar apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa prezidenti Emmanuel Makron arasında videokonfrans formatında danışıqlar olub.

“Report” xəbər verir ki, bu barədə “Anadolu”agentliyi məlumat yayıb.

Danışıqlarda ikitərəfli və regional məsələlər diqqət mərkəzində olub.

Türkiyə lideri rəsmi Ankara və Parisin əməkdaşlığın ciddi potensialına əminliyini ifadə edib.

Rəcəb Tayyib Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə və Fransa iki ölkənin və vətəndaşlarının təhlükəsizliyini təhdid edən terror təşkilatları ilə mübarizədə birgə addımlara təşəbbüs edə bilər.

Türkiyə rəhbəri qeyd edib ki, iki ölkə Avropadan Qafqaza, Orta Şərqə və Afrikaya qədər uzanan geniş coğrafiyada təhlükəsizlik, sabitlik və sülh səylərinə əhəmiyyətli töhfə verə bilər. Terror təşkilatlarına qarşı mübarizədə ölkələrin, vətəndaşların təhlükəsizliyi ilə bağlı birlikdə atılacaq addımlar var.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net