Ekspert: “İran üçün Azərbaycandan keçən yol əmtəə ixracı üçün ən yaxşısıdır”
Tarix: 25-01-2021, 18:24 | Çap et
Ekspert: “İran üçün Azərbaycandan keçən yol əmtəə ixracı üçün ən yaxşısıdır”
“Dəmir yolu terminalının yaradılması həm İrana, həm də Azərbaycana bir çox cəhətdən kömək edəcək. İlk növbədə, ikitərəfli münasibətlərin ticarət məsələlərində. İran üçün Azərbaycandan keçən yol əmtəə ixracı üçün ən yaxşısıdır”.

Bunu “Report”un Rusiya bürosuna açıqlamasında Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Vladimir Sajin Azərbaycan və İran xarici işlər nazirləri arasındakı görüşü şərh edərkən deyib.

“İranda müxtəlif mənbələrə görə, 18-25 milyon etnik azərbaycanlı yaşayır. Bu, çox böyük rəqəmdir... İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, çünki Sovet İttifaqının ilk yarandığı gündən Dağlıq Qarabağın Azərbaycana məxsus olduğu aydın bilinir. İran da Rusiya kimi bu məsələdə ümumi qəbul edilmiş müddəalara əsaslanır”, - ekspert qeyd edib.

Onun sözlərinə görə, XİN başçılarının görüşündə qəbul edilən qərarlar iki ölkə arasında ticarət əlaqələrinin və onların iqtisadiyyatlarının inkişafına töhfə verəcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net