Ərdoğan: “Dünən Putinə dedim ki, Qarabağ münaqişəsini birlikdə həll etmək məcburiyyətindəyik”
Tarix: 28-10-2020, 14:42 | Çap et
Ərdoğan: “Dünən Putinə dedim ki, Qarabağ münaqişəsini birlikdə həll etmək məcburiyyətindəyik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığının detallarını açıqlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı V. Putinlə ətraflı fikir mübadiləsi aparıblar.

“Putinə dedim ki, istəsəniz gəlin Cənubi Qafqazdakı münaqişəyə birlikdə son qoyaq, bu münaqişəni birlikdə həll edək. Siz Ermənistanın Baş naziri Nikol Paşinyanla, mən də qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə danışım. Nümayəndələrinizi göndərin. Qərar verməliyik: münaqişəni həll edirikmi, ya etmirikmi. Bu işi birlikdə həll etmək məcburiyyətindəyik. Dedim mən səmimiyəm, sizin də səmimi olduğunuza inanıram. Qırmızı xətlərimizi də dedim. Qırmızı xətlərimiz keçilsə, atamızın oğlu belə olsa göz yummayacağıq” – deyə Ərdoğan vurğulayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net