Prezident İlham Əliyevin “Fox News” kanalına müsahibəsində Gürcüstanla bağlı fikirləri bu ölkənin KİV-lərinin əsas xəbərləri kimi yayılıb
Tarix: 26-10-2020, 20:51 | Çap et
Prezident İlham Əliyevin “Fox News” kanalına müsahibəsində Gürcüstanla bağlı fikirləri bu ölkənin KİV-lərinin əsas xəbərləri kimi yayılıb

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsində Gürcüstan ilə bağlı fikirləri bu ölkənin mətbuatının əsas xəbər başlıqlarına çevrilib.

AZƏRTAC xəbər verir ki, report.ge, interpressnews.ge, sputnik-georgia.ru,24news.ge, apsny.ge, newsday.ge, palitranews.ge informasiya agentlikləri Prezident İlham Əliyevin təkcə “Fox News” kanalına deyil, dünyanın bir sıra aparıcı KİV-lərinə müsahibələrindən də fikirlər dərc ediblər.

Materiallardan Azərbaycan Prezidentinin bu fikirlərinə xüsusilə önəm verilir: “Mən Cənubi Qafqaz regionunun dərindən inteqrasiya olunmasını, digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanla strateji münasibətlərimizin gələcəkdə müəyyən vaxtda Azərbaycan və Ermənistan arasında münasibətlər üçün müəyyən mənada örnək ola bildiyini görmək istəyirəm. Çünki bütün müharibələr dayanır və sülh gəlir”.

Qeyd edək ki, bu gün Gürcüstan mətbuatında bu mövzuda 20-dən çox material dərc olunub.

Prezident İlham Əliyevin “Fox News” kanalına müsahibəsində Gürcüstanla bağlı fikirləri bu ölkənin KİV-lərinin əsas xəbərləri kimi yayılıb

Prezident İlham Əliyevin “Fox News” kanalına müsahibəsində Gürcüstanla bağlı fikirləri bu ölkənin KİV-lərinin əsas xəbərləri kimi yayılıb





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net