AŞPA-nın oktyabra planlaşdırılan sessiyası ləğv edilib
Tarix: 14-09-2020, 16:26 | Çap et
AŞPA-nın oktyabra planlaşdırılan sessiyası ləğv edilib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) oktyabra planlaşdırılan sessiyası ləğv edilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu AŞPA-nın vitse-spikeri, Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy bildirib.

Onun sözlərinə görə, AŞPA-nın növbəti iclası 2021-ci ilin yanvarından tez keçirilməyəcək: “Assambleyanın növbəti əyani formatda iclası keçiriləcəksə, bu, 2021-ci ilin yanvarından tez olmayacaq”.

Tolstoy xatırladıb ki, yanvarda AŞPA-nın Baş katibi, Avropa İnsan Haqları Məhkəməsinin hakimləri və Avropa Şurasının vəzifəli şəxslərinin seçkiləri keçirilməlidir: “Mövcud epidemioloji məhdudlaşdırmalara görə bütün nümayəndə heyətləri qarşıdakı sessiyaya gələ bilməyəcəklərsə, bu, assambleyada bərabər hüquqluluq prinsipini pozacaq. Ona görə də hesab edirəm ki, bu cür hibrid iclasların keçirilməsi orada şəxsən iştirak edə bilməyənlərə münasibətdə ədalətsizlikdir”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
29-09-2020 09:10
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net