2020-ci il dövlət büdcəsinə dəyişikliklər Milli Məclisin komitəsində müzakirə olunur
Tarix: 4-08-2020, 15:20 | Çap et
2020-ci il dövlət büdcəsinə dəyişikliklər Milli Məclisin komitəsində müzakirə olunur
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası başlayıb.

APA-nın məlumatına görə, iclasda Maliyyə naziri Samir Şərifov, Maliyyə nazirinin müavini Azər Bayramov, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Dövlət Gömrük Komitəsinin Baş İdarə rəisi Mirqasım Vahabov da iştirak edir.

İclasın gündəliyinə 3 məsələ daxil edilib.

Bunlar “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş), Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) və “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir (birinci oxunuş).




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net