Allahşükür Paşazadə vəzifəsindən gedir? – AÇIQLAMA
Tarix: 24-06-2020, 18:27 | Çap et
Allahşükür Paşazadə vəzifəsindən gedir? – AÇIQLAMA

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli QMİ rəhbərliyində dəyişikliklərlə bağlı sualı cavablandırıb.

Ş.Həsənli deyib ki, Qafqaz Müsəlmanları İdarəsi dövlət qurumu deyil.

Ş.Həsənli qeyd edib ki, bu, Rusiyada, Gürcüstanda da var. Əhatə olan dövlətləri nəzərdə tuturam. Burada kadrın təyinatla həyata keçirilməsi mümkün deyil. Bu, təbii olaraq davam edir. Allahşükür Paşazadə uzun illər bu sahədə təcrübə toplayıb. Tarixdə iz qoymuş insandır. Müstəqillik mübarizəsi aparılanda SSRİ rəhbərliyinə kəskin mövqeyini bildirib. QMİ sədri vəzifəsində ciddi dəyişikliyin edilməsi zərurəti haqqında danışmağa dəyməz”.

O, A.Paşazadənin yerinə kadrların hazırlanması məsələsi ilə bağlı sualı cavablandırarkən isə vurğulayıb ki, QMİ fəaliyyət göstərir: “Ümumiyyətlə, istənilən struktur zamana, şəraitə uyğunlaşır”. //Unikal//




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net