“Hazırda Qarabağı işğaldan azad etmək üçün real şərait yaranıb”
Tarix: 19-06-2020, 09:33 | Çap et
“Hazırda Qarabağı işğaldan azad etmək üçün real şərait yaranıb”

Məlum olduğu kimi, koronavirusa qarşı bütün dünyada mübarizə davam edir. Pandemiyanın səngimədiyi, əksinə getdikcə daha çox vüsət aldığı bir zamanda Qarabağ və bu qəbildən olan problemlərin dünyanın, eləcə də beynəlxalq təşkilatların gündəmində arxa plana keçməsi mümkündürmü?

Moderator.az-a açıqlama verən siaysi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bu kimi məsələləri heç bir halda arxa plana keçirməyin doğru olmadığını bildirdi:

“Əslində beynəlxalq təşkilatlar Qarabağ məsələsini ikinci plana keçirməməlidir. Çünki dövlət öz ərazi bütövlüyün bütün halalrda bərpa etməidir. Hazırda Qarabağı işğaldan azad etmək üçün real şərait yaranıb. ABŞ-ın, Rusiyanın, Fransanın öz problemləri var. Ermənistanda vəziyyət çox qarışıqdır. Paşinyanla müxalifət artıq ciddi mücadilə aparır. Işğaldakı torpaqlarını azad etməyə Azərbaycanın haqqı var.

Koronavirusa qarşı bütün dünya mübarizə aparır. Əgər koronavirusun bu kimi məsələlərə təsiri varsa, o zaman nə üçün adi sərhəd məsələsinə görə Hindistan və Çin kimi iki böyük nüvə dövləti üz-üzə gəldi? Artıq hər iki tərəfdən ölənlər var. Ərazi məsələsi, torpaq məsələsi heç nəyə baxmır. Pandemiyaya qarşı mübarizə bizi nə qədər birləşdirirsə, Qarabağ məsələsi bizi bundan daha çox birləşdirə bilər.

Biz onsuz da koronavirusa qarşı mübarizəmizi aparırıq. Bunun Qarabağ məsələsinə heç bir aidiyyatı yoxdur. Xalqı birləşdirmək, daxiliəki problemləri həll etmək üçün ən gözəl vaxtdır. Azərbaycan iki ay ərzində öz ərazi bütövlüyünü bərpa etmək imkanına malikdir. Buna nə Ermənistan, nə də digər dövlətlər mane ola bilməz”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net