Gömrükdə ixtisarlar gözlənilir - BÖHRAN?
Tarix: 26-05-2020, 12:45 | Çap et
Gömrükdə ixtisarlar gözlənilir - BÖHRAN?
Dövlət Gömrük Komitəsində (DGK) ixtisarlar gözlənilir. Bu barədə Vertikal.Az-a qurumdakı mənbədən məlumat verilib.

Saytımıza danışan mənbə bildirir ki, artıq DGK rəhbərliyi tərəfindən bəzi gömrük işçilərinə növbəti iki ay ərzində ixtisarların aparılacağı haqda xəbərdarlıq edilib.

Vertikal.Az xatırladır ki, son günlər yerli KİV-də DGK sistemində maliyyə məsələlərində ciddi problemlərin yarandığı və bunun rəhbərliyin başağrısına şevrilməsi barədə xəbərlər də yayılıb.

Görünəni odur ki, maliyyə problemləri nəhayətdə DGK rəhbərliyini işçi ixtisarlarına getməyə sövq edib.

Mənbə bildirir ki, təxminən 200-ə yaxın gömrük işçisi növbəti iki ay ərzində işindən atılacaq.

Bununla bağlı DGK-dən münasibət öyrənmə cəhdlərimiz alınmadı. Qarşı tərəf olaraq münasibətlərini yaymağa hazırıq.





Xəbərlər
 
 
 
08-08-2020 04:02
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2020 16:21
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net