"Əslində, Milli Şura deyilən təşkilat yoxdur” - İqbal Ağazadə
Tarix: 16-05-2020, 12:38 | Çap et
"Əslində, Milli Şura deyilən təşkilat yoxdur” - İqbal Ağazadə

“Milli Şura mənim üçün maraqlı olmadığına görə, orda gedən prosesləri daimi izləmirəm”.

Bunu APA-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

İ. Ağazadə bunu onunla əsaslandırıb ki, Milli Şuranın proseslərə təsir etmək və nüfuz imkanları cəmiyyətin bütün təbəqələrini əhatə etmir: "Ona görə də bu qurumla bağlı baş verənlər cəmiyyət üçün o qədər də maraqlı deyil. İstənilən halda, eşitdiklərim və informasiya kanallarından izlədiklərim onu deməyə əsas verir ki, heç bir halda hüquqi dövlət anlayışından kənara çıxmaq və hüquq dövlətindən kənar münasibətlər sistemi yaratmaq, insanları aşağılamaq doğru deyil. Bu, əslində, çox böyük yanlışlıqdır”.

O qeyd edib ki, Milli Şuranın buraxılması heç nəyi dəyişməz: “Milli Şuraya onsuz da çox adam qoşulmayıb. Bundan sonra da kim bu quruma qoşulmaq istəmirsə, qoşulmasın. Onsuz da onlar məhdud saydadırlar. Milli Şuranın varlığı ilə yoxluğu siyasətdə heç nəyi dəyişməyəcək. Əslində, Milli Şura deyilən təşkilat yoxdur, AXCP var. Mən bu gün Ümid Partiyasının yanında “Beynəlxalq Şura” adlı qurum yaradıb, öz üzvlərimi də ora transfer edə bilərəm. Amma bu heç nəyi dəyişməyəcək”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net