Bakcell-dən inanılmaz fırıldaqlar
Tarix: 10-01-2019, 14:05 | Çap et
Bakcell-dən inanılmaz fırıldaqlar
Qiymətlərin bir xeyli baha olmasına rəğmən bu qədər keyfiyyətsiz xidmət göstərilməsinə müştərilərin ələ salınmasından başqa ad vermək olmaz

Rubrika.az saytına müraciət edən oxucumuz çox maraqlı bir fakt haqqında məlumat verir:

“Neçə müddətdir ki, atamın telefon nömrəsinin balansından hər gün müəyyən məbləğdə vəsait silinirdi. Nəhayət Bakcellin müştəri xidmətləri ilə əlaqə saxladıq və problemin səbəbi ilə maraqlandıq. Uzun çək-çevirdən sonra bildirdilər ki, abonent hansısa video xidmətindən istifadə edir və buna görə balansından gündəlik haqq çıxılır. Operatora bildirdik ki, axı bu abonentin telefonunda heç video xidmətləri yoxdur, köhnə modelli telefondur, necə olur ki, vəsait çıxılır? Amma Cinin cin kimi operatoruna heç nəyi sübut edə bilmədik.”

Rubrika.az saytı bildirir ki, bu qəbildən olan şikayətlər yüzlərlədir. Çünki, özünü ölkənin ilk mobil operatoru elan edən və çox yüksək xidmətlər göstərməsini iddia edən Bakcell şirkətinin mövcud siyasəti bilavasitə abonentlərin soyulmasına xidmət edir.

“Bakcell” şirkəti tərəfindən abunəçilərin müxtəlif üsullarla aldadılaraq balanslarından pul slinməsi adi hal alıb. Belə ki, müştərilər göndərilən mesajlar vasitəsilə müxtəlif xidmətələrə (ulduz falı, lətifə, hava durumu, test sualları, müxtəlif viktorina oyunları və s.) abunə etdirilir və xəbəri olmadan balansından gündəlik müəyyən məbləğ silinir.

Bu barədə dəfələrlə narazılıqlar ifadə olunsa da, hətta Milli Məclis səviyyəsində narazılıq bildirilsə də Bakcell öz əməllərindən əl çəkməyib. Bakcell abonentləri bilirlər ki, elə bir gün olmaz ki, onların balansından pul silinməsin. Sanki, Bakcell öz müştərilərinin cibinə qənim kəsilib.

Bakcellin özünü ölkənin 1 nömrəli internet provayderi elan etməsi, sürət adı altında illərdir ki, guya ən sürətli internet xidmətləri göstərməsi haqqında miflər də artıq iflasa uğrayıb. Çünki, Bakcellin internet xidmətlərindən-data kartlarından istifadə edənlər onun nə qədər keyfiyyətsiz olduğunu bilirlər. Qiymətlərin bir xeyli baha olmasına rəğmən bu qədər keyfiyyətsiz xidmət göstərilməsinə müştərilərin ələ salınmasından başqa ad vermək olmaz.

Rubrika.az saytına daxil olan məlumatlıara əsasən Bakcellin müştərilərinin kütləvi şəkildə bu mobil operatordan imtina etdiyini söyləmək olar. Qanunsuz olaraq öz abonentlərinin cibinə girən, onların balansından pul silən bir operatorun mobil rabitə bazarında özünü lider adlandırması heç cürə anlaşılan deyil. Yəqin ki, Bakcell özünü abonentlərini aldatmaq sahəsində lider hesab edir. İkinci variant mümkün deyil!





Xəbərlər
07-03-2024 12:06
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net