Bərdədə xaos - icra başçısının obyektləri, bağ evləri, imarətləri və imtina edilən şəhid anaları
Tarix: 17-10-2018, 10:26 | Çap et
Bərdədə xaos - icra başçısının obyektləri, bağ evləri, imarətləri və imtina edilən şəhid anaları
Bərdə rayon icra başçısı ilə bağlı narazılıqlar getdikcə artır. Yuxarı dairələrə qədər gedib çıxan şikayətlər icra başçısının vəzifədə çox qalmayacağı qənaətini bildirir. Lap dəqiq desək vəzifəyə gətirildiyi gündən etimadı doğurlda bilməyən Elmar Vəliyevin kadırlarıının bütün limitlərini xərclədikləri deyilir. Belə bir iddia dolu müraciət paytaxt.org-a göndərilib. Narazılıqlarla dolu müraciətdə deyilir ki, icra başçısı hər kəsin səbir kasasın doldurub. Belə gedərsə Vidadi İsayevdə Elmar Vəliyevin talehini yaşayacaq.

Daha sonra bildirilir ki, Vidadi İsayev bu illər ərzində dövlət büdcəsinin sosial-iqtisadi inkişafa, abadlıq-quruculuğa ayrılmış vəsaitlərini havaya sovurub, tar-mar edib. Bu pullara Mixaylovka, Hacıkənd, Bərdə, Bakı və başqa yerlərdə özünə bağ evləri, imarətlər, saraylar ucaldıb. Onun Bərdədə balıq gölləri, vətəgələri, çay evləri, saysız-hesabsız obyektləri fəaliyyət göstərir. Bununla yanaşı icra başçısı məlum parkda oğlu üçün dəyəri 100 min manat olan «Ana və Uşaq» kafesi inşa etdirərək ad günü hədiyyəsi edib. Bu da azmış kimi, Yevlax Arxiv İdarəsinin rəhbəri olan xanımına Bərdədə idarəyə aid xidməti avtomobili bağışlayıb.

Amma sahibkarlar əziyyət çəkir, şəhid ailəsi günlərlə komada köməksiz qalır, icra başçısın qəbulu ancaq yerli sakinlərin xəyallarında kerçəkləşir. Vidadi İsayev isə villalarında kef çəkir, lüks həyatını yaşayır…

Bundan əlavə, V.İsayev şikayətçiləri hədələyir, hüquq-mühafizə orqanları ilə təhdid edir, vətəndaşları qorxudur ki, ondan Bakıya şikayət yazmasınlar, mediada çıxış eləməsinlər. Buna cəhd edənlər isə ən ağır şəkildə cəzaya belə məhkum olunurlar.

Qarşı tərəfidə dinləməyə hazırıq





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
26-10-2018 08:30
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net