"“Azercell” nömrəmdəm pul oğurlamaqda davam edir" - Məşhur YAP-çı gəncdən MÜRACİƏT
Tarix: 27-03-2018, 12:16 | Çap et
"“Azercell” nömrəmdəm pul oğurlamaqda davam edir" - Məşhur YAP-çı gəncdən MÜRACİƏT
"Azercell” adlı mobil operator istifadəçisi olan müştərilərini aldadaraq külli miqdarda gəlir əldə edir.

Unikal.org xəbər verir ki, bu fikirləri YAP Gənclər Birliyi ofisinin rəhbəri, təşkilatın sədr müavini Əli Pənahov bildirib. O dəfələrlə "Azercell"ə müraciət etməyimə baxmayaraq hələdə oğurluq hallarının baş verdiyini dilə gətirib:

"Hələ də "Azercell” mənim nömrəmdəm internet adı ilə pul oğurlamaqda davam edir. Bəhanələrin ardı-arası kəsilmir. Dedilər ki, ola bilsin internet paketi bitib və həmin müddət wi-fi işləmədiyinə görə bu baş verib. Mən də mobil data-nı ümumiyyətlə söndürdüm... Bu dəfə dedilər 4G olanda mobil data sönülü olsa belə pul çıxılır. Mən də 4G xidmətini ləğv elədim. İndi yenə pul çıxırlar... Zəng edib şikayət edirəm. "Azercell”in əməkdaşı mənə deyir get başqa yerə şikayət et, nə istəyirsən et... Bu nə özbaşınalıqdır? Bu nə cür müştəri xidmətidir?”.

Xatırladaq ki, "Azercell” "internet" adı ilə insanları soyur başlığı ilə dəfələrlə məqalə dərc edilməsinə baxmayaraq sözügedən mobil operator hələdə bu fırıldaqçılığa son qoymaq istəmir.

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz Unikal.org vasitəsilə vətəndaşları bu məsələdə ayıq olmağa çağırıb.

"Belə halla qarşılaşdıqları təqdirdə əvvəlcə operatorun özünə, Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinə və İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində fəaliyyət göstərən Antiinhisar Siyasəti və İstehlakçılarn Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etməlidir. Ən son halda isə məhkəməyə müraciət edilə bilər".


"“Azercell” nömrəmdəm pul oğurlamaqda davam edir" - Məşhur YAP-çı gəncdən MÜRACİƏT
"“Azercell” nömrəmdəm pul oğurlamaqda davam edir" - Məşhur YAP-çı gəncdən MÜRACİƏT




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net