Əhmədzadənin işçisi də belə narazılıq yaradır...
Tarix: 13-03-2018, 09:21 | Çap et
Əhmədzadənin işçisi də belə narazılıq yaradır...
Sabirabad rayon Meliorasiya İdarəsinin rəisi Şafik Heydərov Nəsibə Məmmədovadan aldığı 20 min manat borcu qaytarmır.

Bu barədə Füzuli rayonundan qaçqın düşən Nəsibə Məmmədova Tendensiya.com-a verdiyi açıqlamada bildirdi ki, Şafik Heydərov borcu ötən ilin sentyabr ayında alıb: “Mənə dedi ki, Bakıdan İdarəyə yoxlama gəlib. Onarı yola salmaq üçün pula ehtiyacı var. Mən də bu məbləği verdim. İndi isə borcumu ondan ala bilmirəm. Zənglərimə cavab vermir”.

Şikayətçi qeyd edir ki, idarə müdirinin borcu qaytarmamasına görə Polis Şöbəsinə müraciət edib: “Bundan sonra Şafik Heydərov yaxın qohumu olan və idarədə işləyən Hafiz adlı şəxsi yanıma göndərərək, mənə 12 min manat vermək istədi. Bununla da borcun bağlanacağını deyib. Buna razılaşmadım”.

Şafik Heydərov isə Tendensiya.com-a verdiyi açıqlamada Nəsibə Məmmədovanı tanıdığını bildirməklə yanaşı borc barədə deyilənləri əsassız adlandırdı. İdarə müduri Hafiz adlı şəxsin Nəsibə Məmmədovaya 12 min manat vermək istəməsi məsələsi barədə isə qeyd etdi ki, bunlar hamısı şər və böhtandır: “Hafiz Nəsibə Məmmədovanın ona böhtan atması ilə bağlı Sabirabad rayon Polis Şöbəsinə şikayət edib”.


Əhmədzadənin işçisi də belə narazılıq yaradır...
Şafik Heydərov





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net