Lənkəranda prezidentə danışılan BÖYÜK YALAN
Tarix: 19-05-2016, 15:34 | Çap et
Lənkəranda prezidentə danışılan BÖYÜK YALAN
Lənkəran mərkəzi rayon xəstəxanasının baş həkimi prezidentə yalan danışıb. Xəstəxananın təmir olunmuş binası ölkə başçısına yenidənqurma kimi təqdim olunub.

2012-ci ildə 3 milyon manat, 2013-cü ildə 8 milyon manat ayrılsa da, 11 milyonun xəstəxananın hansı əsaslı təmirinə sərf olunduğu açıq qalır. Baş həkim Ağabala Kəlbəliyevin bu işi ört-basdır edə bilməsində rayon icra başçısının müavini İlqar Dadaşovun xüsusi dəstəyi olub. Başçı müavini ilə baş həkimin birgə 11 milyonluq maxinasiyasının həyata keçirilməsindən rayon rəhbəri Taleh Qaraşovun da xəbəri olub. Amma bu günə kimi tibb ocağındakı maxinasiyaya görə heç kim sorğu-sual edilməyib.
Təxminən 1 ay əvvəl Hesablama Palatası audit tədbirləri həyata keçirib. AFN.az xəbər verir ki, 24saat.org-a verilən məlumata görə, işlərində nöqsanlara yol verən 5 nəfər vəzifəli şəxslə bağlı intizam-tənbeh tədbirləri tətbiq edilib. Baş mühasibə, böyük mühasibə və 1 əməkdaşa töhmət verilib, Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminə və Mərkəzi Rayon Xəstəxanasının təsərrüfat işləri üzrə əməkdaşına xəbərdarlıq edilib. Əldə etdiyimiz məlumata görə, yoxlama komissiyasının yola salınmasında da A.Kəlbəliyevlə İ.Dadaşovun birgə səyi olub. Bu baxımdan 11 milyonluq yeyinti və digər faktların üzərindən sükutla keçilib. Bu yerdə onu da qeyd edək ki, özü cərrah olan baş həkim bir qəpik güzəşt etmədən əməliyyatlar həyata keçirir. Ümumiyyətlə, bu xəstəxanada pulsuz xidmət röyadır. Dövlət müəssisəsi olsa da, xəstələrə ödənişsiz xidmət göstərilmir. İşçilər isə maaş azlığından gileylənir.
Hazırda rayon uşaq xəstəxanası da bu binaya köçürülüb. Köhnə bina isə deputat hadı Rəcəbli tərəfindən alınaraq restorana çevrilib. Lənkəran Rayon Mərkəzi Xəstəxasının baş həkimi Ağabala Kəlbiyev sənəd üzərində müalicə alan xəstələrə gen-bol yeyib-içmək verib. Təkcə ötən il “Kaspiya-12” MMC-dən alınan kələm, turp, vəzəri, pamidor, xiyar və sairə məhsullara 33 min manat pul "xərclənib". Qeyd olunan məhsullar bazar qiyməti ilə alınarsa, onların ümumilikdə kütləsi 40 tondan çox edir və daşınması üçün yük vaqonu tələb olunur. Bu kütləni il boyu buralarda yatan xəstələrin adam başına böləndə, belə çıxır ki, xəstələr burdan hətta evlərinə də meyvə-tərəvəz yolayıblar. Hərçənd heç kəsə sirr deyil ki, əksər dövlət xəstəxansında müalicə alan insanlara yaxınları ev yeməkləri gətirir.
RMX-nin “Lənkəran Tədarük Firması” MMC-dən aldığı ət məhsuluna görə "ödədiyi" 46 min manat ilk baxışdan kiçik görünsə də, əslində təəccüblüdür. Çünki bu pula 7 tona yaxın ət alamaq olar ki, bu da orta hesabla bir aya 600 kq edir. Təqribi hesablamalardan görünən odur ki, loru dillə desək, baş həkim ay ərzində xəstəxana həyətində həftədə 150 kq-lıq 4 öküz kəsdirib xəstələrə paylayırmış.
Meyvə-tərəvəz və ətlə müqayisədə baha olmayan və az miqdarda istifadə edilən digər ərzaq məhsulları: düz, yağ, sarıkök, verməşil və s. üçün 41 min manat "xərclənməsi" də (“Le-mos km” MMC-dən alınıb) şübhəlidir. “Lənkəran Çörək” ATSC-dən illik çörəyin alınmasına sərf edilən 16 min manat bizi azacıq düşünməyə məcbur edir. Bu pula biri 30 qəpikdən 53 333 ədəd zavod çörəyi almaq olar ki, bu da aya 4444, günə isə 146 ədəd edir. 140 ədəd çörək ən azı 250 nəfərin günlük normasıdır. Burada diqqət çəkən maraqlı məqam adam başına düşən çörəklə yemək payında olan uyğunsuzluqdur.
Yəni anlaşılan budur ki, xəstəxanada yatan xəstələrin yarısından çoxu gen-bol ət yeyib, qalanı isə sadəcə quru çörək.
Sonda onu da qeyd edək ki, baş həkimin qanunları belə kobud şəkildə pozmasının və heç bir cəza almamasının səbəbini isə İcra başçısının müavini İlqar Dadaşovun xəstəxanada buraxdığı böyük xəta ilə əlaqələndirirlər. Həmin xətasından sonra hətta kimlərəsə susması üçün maşın bağışlamaq məcburiyyətində qalan Dadaşov Ağabala Kəlbiyevin bütün kapriz və cinayətlərini ört-basdır etməyə məcbur olub. İlqar Dadaşovun sözügedən xətası ilə bağlı yaxın günlərdə geniş yazı təqdim edəcəyik…

Qarşı tərəfi dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
05-02-2020 13:23
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net